
GİLEYLİsif. və zərf Narazı, şikayətçi. Oturuşu şirin, duruşu Leyli; Qəmzəsi öpməli, yarı gileyli. M.P.Vaqif. Dünyada hədsiz şəxslər avamdan gileyli qalıblar. C.Məmmədquluzadə. Şirin sözlərini başa düşməyən; Öz elin olmazmı səndən gileyli? B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|