
GİLİZ[alm.] ("gilza” sözünün canlı dildə tələffüzü). 1. Odlu silahlarda: alt hissəsində barıt və yandırıcı maddə, yuxarı hissəsində isə güllə və ya mərmi yerləşən altı bağlı silindrik borucuq. Deyib göstərdi o, iki berdanı; içində gilizi, üstündə qanı. H.K.Sanılı. Mahmud əlindəki boş gilizi döşəməyə sərilmiş yağlı əsginin üstünə atıb, eşiyə yüyürdü. M.Hüseyn.
2. Papirosun, içi tütünlə doldurulan kağız patronu. Giliz doldurmaq. Giliz qutusu. Paylaşın - Hamı bilsin
|