GİRis. [fars.] Güc, qüvvət, taqət. Əlinin giri yoxdur. Qolunun giri. - Tüfəngini qaparaq; Yalınayaq çaparaq; Güvənib öz girinə; Qoşdu döyüş yerinə. M.Rahim. □ Girdən düşmək (getmək) - qüvvətdən düşmək, gücdən düşmək, taqəti kəsilmək. [Adil:] Atam cəbhədən tayqılça, qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov.
□□ Girə düşmək- bax girə keçmək. Kamil usta, oturgilən yerinə; Lovğalanıb düşmə mənim girimə. “Aşıq Qərib”. Özün öz əlinlə düşdün girimə; Haqdan sana bir bəlayəm, sən nəsən? Abdal Valeh. [Mirzə Kərim:] Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdin. Ə.Haqverdiyev. Girə keçmək - tora düşmək, tələyə düşmək, ələ keçmək, tutulmaq. [Tağı:] Rəhim xanın adamları indi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr. Ə.Haqverdiyev. [Ələmdar] ..girə keçən dələduzları buraxdırıb qənimətin yarısını, bəzən də hamısını qamarlayıb götürərdi. S.Rəhimov. Girə salmaq - bax girə vermək. Əcəl səni salıb əcəb bu girə; Sənin də gərdənin keçər zəncirə. Aşıq Həsən. Girə vermək - ələ vermək, tora salmaq. Indi [Hatəmxan ağagil] üçün bu üstüörtülü ədavət pərdəsini yırtmaq - öz əli ilə .. onu girə vermək (demək) idi. S.Rəhimov. Girinə gəlmək - əlinə gəlmək. ..A kişi, tez özünü yetir .. bəlkə heç olmasa o puldan üç il bundan irəli ianə qəsdi ilə yığılanpul qədəri girinə gələr. “Mol. Nəsr.”; // işinə yaramaq. Girinə keçmək - əlinə keçmək (düşmək). [Koroğlu:] Cəfər paşa, get, .. bir də girimə keçsən öldürəcəyəm. “Koroğlu”. [Sultan bəy:] Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. U.Hacıbəyov. Səhərdən Salman Rüstəm kişinin girinə keçməmişdi. Hara ayaq basırdı, deyirdilər, elə indicə bu tərəfə getdi. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|