İzahlı lüğət

GİRDƏ

sif 1. Dairəvi, dairə şəkilli. - Mən Əhmədə otağın qarşısındakı girdə mizin dövrəsində olan sandalyalardan birində əyləşməyi təklif etdim. T.Ş.Simurq. Ənqa quşunun iri girdə gözlərində bərkiyən damlalar ağırlaşanda quşun gözlərindən qopub üzüaşağı yuvarlanırdı. Ə.Məmmədxanlı.
Yumru, yuvarlaq, şarşəkilli. Girdə alma. Girdə həb. - [Kərbəlayı Zal öz-özünə:] “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola “. Ə.Haqverdiyev.
Yastıboy, kök adam haqqında. Qədir çarığının ucu ilə girdə kişinin ayağına toxunub him elədi: - Adam var! Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed