
GÖBƏLƏKis. 1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki. Yeməli göbələk. Zəhərli göbələklər. - Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə daşlar arasında balıq tutmağa gedirdik. A.Şaiq. [Sona:] Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik, bir göbələk tapmışıq... C.Cabbarlı.
2. Bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olan bitki mikroorqanizmləri. Göbələk xəstəlikləri. □□ Göbələk kimi yerdən çıxmaq (göyərmək) - tez və bollu meydana gəlmək, törəmək. Paylaşın - Hamı bilsin
|