
GÖDƏKBOY(LU) sif Boyu hündür olmayan, boyu qısa olan; alçaqboy(lu). ..Novruz 30 yaşında, gödəkboy, canlı oğlan idi. N.Nərimanov. ..[Rəhim bəy] gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. Gödəkboy, tökmədaban, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|