GÖDƏKCƏ1. zərf Qısaca, uzun olmayan, müxtəsər. Gödəkcə danışmaq. // Sif. mənasında. Gödəkcə ip.
2. is. Bədənə kip yapışan qısa isti üst geyimi. Pambıqlı gödəkcə. Meşin gödəkcə. ..Gödəkcəsini çiyninə salmış Dadaş Lələşov .. istehza ilə güldü. S.Rəhimov. Xəlil əllərini ciblərindən çıxarıb gödəkcəsinin boynunu qaldırdı. İ.Məlikzadə. Paylaşın - Hamı bilsin
|