İzahlı lüğət

GÖDƏLMƏK

f 1. Gödək olmaq, qısalmaq. Paltarı yuduqca gödəldi. - [Rza:] Divarların kölgəsi gödələrək öz dibinə düşdüyü günorta zamanları günəş adamı ilan kimi çalırdı. M.İbrahimov. Ağacların uzanan kölgələri getdikcə gödəlirdi. Ə.Vəliyev.
2. Müddətcə azalmaq, məhdudlaşmaq, qısalmaq. Gecələr gödəlir. - Gödəlir iştə gün, hava soyuyur; Payız olmuş, soyuq külək çovuyur. A.Səhhət. Ağır bir yuxuyla keçir min səhər; Ürək dil açır ki, gödəlir ömür! S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GOP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed