GÖLis. 1. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. Aral gölü. Göy göl. Şor göl. - Bir göl içrə üzürdü bir yekə qaz; Ozünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Quşlar uçur göylərdə; Ordək üzür göllərdə. Səhhət. // Süni surətdə düzəldilmiş böyük su anbarı; dəryaça. Mingəçevir gölü. // b ax gölməçə. Küçədə göllər əmələ gəlmişdi. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Göl bağlamaq - bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında). Qan göl bağlamışdı. - Daşı ağzından götürüb gördüm ki, hinin içi göl bağlamış, var səsimlə: - Boğulmuş! - deyə bağırdım. A.Şaiq.
2. məc. Təşbeh kimi bir şeyin çox olduğu “yer” mənasında. Qəm gölündə üzmək. Ələsgər qurbandı belə gəlinə; Sona kimi cumub eşqin gölünə. Aşıq Ələsgər. Bir dəstə cavan və igid oğlan atəş gölündə üzür, əridilmiş odda çimirdi. Ə.Vəliyev. □□ Göl iyiri bot. - yerlə sürünən kökümsov gövdəli çoxillik bitki. Paylaşın - Hamı bilsin
|