GÖLLƏNMƏKf 1. Göl halına düşmək, göl kimi su yığılmaq, gölməçə əmələ gəlmək. Yağışdan küçələr gölləndi. - Bir gün Qəmər ağacların dibini çala edirdi ki, su göllənsin, ağaclar su içsin. (Nağıl). Orda-burda göllənmiş (f.sif.) suların içindən adamboyu hündürlüyündə göy qamışlar ucalırdı. M.Hüseyn.
2. Təşbeh kimi “göz yaşı axıtmaq” mənasında. Qanlı yaşım gündən-günə bollandı; Axdı, axdı sinəm üstə gölləndi. M.V.Vidadi. Anamın göz yaşı axıb gölləndi; Sonra saçlarını yolub dilləndi. S.Vurğun. Paylaşın - Hamı bilsin
|