
GÖLMƏÇƏis. Kiçik göl, balaca göl, su və ya çirkab yığını. Gölməçənin üstündən atlanmaq. Neft gölməçəsi. - Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın
başı əbədi duman içində itmişdi. M.İbrahimov. Biz axmazların, gölməçələrin hamısını qurudacağıq. Ə.Sadıq. Gölməçələr gölə dönüb; Meşələrin çayına bax. H.Arif. Paylaşın - Hamı bilsin
|