
GOPis. dan. 1. Mübaliğəli danışıq; şişirdilmiş, uydurma söhbətlər. [Qadir kişinin] bu cür gopları çox vaxtyerinə düşərdi. Ə.Sadıq. Əhməd oğurluğun şərtlərindən xeyli danışdı. Daha onun gopunu eşitmək istəməyən Fərman Əhmədin qolundan tutub çəkdi. Ə.Abasov. □ Gop vurmaq - bax gopa basmaq. [Bahar:] Qoyasan elə axşamadək özündən gop vurub danışa. Ə.Haqverdiyev. Gopa basmaq - bir şeyi, hadisəni çox şişirdərək danışmaq, mübaliğə ilə danışmaq. [Səttar:] Gədə, - dedi, - çox gopa basıb uşaqları qorxuzma! P.Makulu.
2. Yalan, uydurma, mübaliğə, şişirdilmiş şey. Paylaşın - Hamı bilsin
|