İzahlı lüğət

GOR

is. [fars.] Qəbir, məzar. Atanın goru haqqı (and kimi işlədilir). - Qırxında öyrənən gorunda çalar. (Ata. sözü). [Hümmətəli:] Yox, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. U.Hacıbəyov. Hazırlan qətlə, edamə! Əcəb gorun, məzarın var! Ə.Nəzmi. □ Gora getmək ölmək, basdırılmaq.
□□ Gor qonşusu məc. - çox yaxın qonşular haqqında. [Piti Namaz:] Mənnən nahaq qaçırsan, Bağır dayı. Gor qonşuyusuq, birbirimizə lazımıq biz. I.Məlikzadə. Gora (goruna) aparmaq - qoruyub saxlamaq, işlətməmək, sərf etməmək (adətən istehza kimi işlənir). Bir sandıq yığmışam, xərcləməyə yer tapmıram. Saxlayıb özümnən gora aparmayacağam ki! M.Hüseyn. Gora başıaşağı getmək - ölərkən özündən yaxşı xatirə qoymamaq, xəcalətli getmək. Indi ömrümün son çağında gora başıaşağı gedirəm. S.Rəhimov. Gora kəfənsiz gedəsən! (getsin!) - qarğış ifadəsi. Meynələrdə qora; Ilişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı). Goruna od qalansın! qəbri(n) yansın! (qarğış ifadəsi). Goruna od qalansın; A bu sarsaq kişini əkən dədə! “M.N.lətif.” Baş gora aparmaq - ölmək, ölüb getmək. Bədbəxt, mən o kəsə deyərəm ki, bu beş qara günü ləzzət-damaq ilə keçirib baş gora aparmaya. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GOP

GUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed