
GORBAGORis. [fars.] Ölmüş adam haqqında söyüş məqamında işlənir. [Fəxrəddin:] Onun [Qətibənin] gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? M.S.Ordubadi. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abtalıbın özüdür ki, qəbirdən xortduyub.. S.Rəhimov.
□□ Gorbagor etmək - ölmüş bir adamı rüsvay etmək, təhqir etmək, dalınca söymək. Birisi Hacı Manafdır, özü Uryan oğlu; Gör mən indi edərəm gorbagor ol üryanı. S.Ə.Şirvani. Gorbagor olmaq - ölmək, gəbərmək (söyüş kimi işlənir). [Səfər:] Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|