GOREŞƏNdan. 1. Bax kaftar 1-ci mənada. [Zeynəb:] Kazım, sənsən? Gecə vaxtı goreşən kimi qəbristanlıqda nə gəzirsən, baş-gözünü niyə sarıyıbsan? I.Şıxlı.
2. məc. Altdan-altdan iş görən; ziyankar (adətən söyüş məqamında). [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən goreşən, saman altdan su yeridən Yastı Salmandır.. M.Ibrahimov. Bu goreşən oğlu goreşən olmasaydı, indiki vaxtda bircə bu kənkan olmasaydı, - deyə, Gəray bəy kədərlə düşünürdü. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|