
GORGAH[fars.] Qəbiristanda bir nəsildən olan adamların basdırıldığı yer; qəbir. [Budaq:] Bircə aydan sonra bu qəbir itibbatar, atamın gorgahı bilinməz, nişangahından xəbərimiz olmazdı. Ə.Vəliyev. [Sərvnaz:] Camaat hər şeydən keçər, amma qohum-əqrəbasının .. gorgahının dağılmasına razı olmaz. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|