.....i_l_by_id_with_comments
GÖRÜNMƏZsif. 1. Görünməmiş, bu vaxta qədər olmamış; qəribə, təəccüblü, əcaib. [Nəbi:] Heç görünməz iş? ...Udubdur! S.S.Axundov.
2. Görünməyən, açıqda olmayan, gizli. ..Kimisi örtülü bazarın görünməz bir guşəsində öz ticarət yerini rahatlayırdı. S.Rəhimov. Sanki görünməz .. bir əl uzanaraq Mayanın qanadlarını doğrayıb yerə tökmüşdü. M.İbrahimov. □ Görünməz olmaq - gözdən itmək, daha görünməmək. Qaranlıqda görünməz olmaq. - Günəş dağlar arasına keçərək görünməz olduqda mən də şəhərə daxil oldum. S.S.Axundov. Qaraltılar uzaqlaşıb görünməz oldular. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|