GÖTÜR-QOY is. Mülahizə, fikir, məsləhət, müzakirə. Bir çox götür-qoydan sonra qızlar səpini qurtaran kimi Xanpərinin sahəsinə getməyi qərara aldılar. Ə.Vəliyev. Bütün bu tərəddüdlər və götür-qoylardan bezikən Sona, çarşabına bürünüb həyətdən çıxdı. Ə.Əbülhəsən. Nəcəfalıgildə götür-qoy uzun çəkdi. B.Bayramov.
□□ Götür-qoy etmək (eləmək) - mülahizə etmək, ətraflı fikirləşmək, müzakirə etmək, ölçüb-biçmək. Biz çox götür-qoy etdikdən sonra yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara almışdıq. M.S.Ordubadi. Kosa çox götür-qoy etdikdən sonra.. qara qıfilı qapıya bənd etmiş və yollanıb kəndə getmişdi. S.Rəhimov. Bütün əhvalatı o dönə-dönə; Götür-qoy eləyir bir də dərindən. B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|