İzahlı lüğət

GÖTÜRÜLMƏK1

məch. 1. Ələ alınaraq qaldırılmaq. Çamadan götürüldü. // Dəfn etmək üçün qaldırılmaq (cənazə haqqında). Cənazə saat 5-də götürüldü.
Özü ilə bərabər, yanınca aparılmaq. Uşaq kəndə götürüldü.
Qəbul olunmaq, daxil edilmək. Dəstəyə götürülmək. Işə götürülmək. Əldə edilmək, məhsul alınmaq. Bol taxıl götürüldü.
Ləğv edilmək, qaldırılmaq. Qadağan saatı götürüldü. Əxz edilmək, alınmaq. Söz dialektdən götürülmüşdür. Mövzu xalq həyatından götürülmüşdür.
Çıxarılmaq (baş geyimləri haqqında). Mazut iyi verən qabarlı əllər tərpənir, mazutlu papaq və şapkalar götürülür. M.Ibrahimov.
Yox olmaq, aradan çıxmaq. Ey vah ki, heysiyyəti-millət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir. Tutaq ki, zülm lap götürüldü. C.Məmmədquluzadə. [Daşdəmir] kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü. N.Nərimanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed