
GÖZÜMÇIXDI gözümçıxdıya salmaq
yerli-yersiz, haqlı-haqsız danlamaq, töhmət etmək, incitmək, əziyyət vermək. Uşağı gözümçıxdıya salmaq. - Bu Pası da yazığı lap gözümçıxdıya salıbdır. S.Rəhimov. [Ramazan] hər zaman Tahiri danlamağa, gözümçıxdıya salmağa bəhanə axtaracaq və öz xoşu ilə işdən boyun qaçırıb, kəndlərinə qayıtmağına səbəb olacaqdır. M.Hüseyn. [Sərvinaz Şahpəriyə:] Hümmət sənin fitvanla neçələrini gözümçıxdıya saldı, .. nə bilim, tutdurdu. B.Bayramov. Paylaşın - Hamı bilsin
|