
GÖZÜQIPIQsif 1. Gözləri tam açıla bilməyən, gözləri yarıyumulu olan. // Kirpiklərini tez-tez döyən, gözlərini tez-tez qırpan.
2. məc. Hər şeydən qorxan, səksənən, diksinən; qorxaq, cəsarətsiz. [Dəmir:] Xofludu, dedi. - Yetim olub, gözüqıpıq olub. Caynağına keçirtdiyi şeyi cəmi-aləm tökülsə də, onnan ala bilməz. İ.Məlikzadə. Paylaşın - Hamı bilsin
|