
GÖZÜYAŞLIsif Gözləri yaşarmış olan, gözlərindən yaş axan; ağlar. Gözüyaşlı uşaq. // Zərf mənasında. Daim ağlayan adam haqqında. Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı.. anasına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Dərviş:] Gözüyaşlı, ciyəri atəşli ocağın qırağında qaldım. A.Divanbəyoğlu. Qoşun keçib getdi. Arxasınca da bir sürü uşaq və gözüyaşlı qadınlar toz qopararaq yüyürürdü(lər). Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|