İzahlı lüğət

GÖZÜYUMULU

sif. və zərf 1. Gözləri yumulu, gözləri bağlı. Gözüyumulu xəstə. [Bahar:] Yaxşı, bəs gözüyumulu oturum? Ə.Haqverdiyev.
məc. Kor-koruna, düşünmədən, heç bir şeydən xəbərsiz. [Ağabəyim:] Kiri, ay dayə, bəxtinin qədrini bilməmisən, dünyaya gözüyumulu gəlib, gözüyumulu da gedəcəksən!.. Çəmənzəminli. Məşədi Heydər qardaşı kimi
Səməd dayıya ürəkdən inanıb, dalınca gözüyumulu gedənlərdən idi. B.Talıblı.
məc. Heç bir çətinlik çəkmədən, çox asanca, asanlıqla. Məsələni gözüyumulu həll etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed