
GÜNAHSIZsif. 1. Günahı, təqsiri olmayan; təqsirsiz. Günahsız adam. - İnsaf et, öldürmə, günahsız qulu; Əl-əldən üzülür, yaman çağıdır. M.P.Vaqif. Qəlbində bir yetimtək qoymadın öz kamını; Günahsız qurbanların aldın intiqamını. S.Rüstəm.
2. Məsum. [Cəmil bəy:] ..O günahsız quşcuğazı; Məhv etməkdə nə məna var? H.Cavid. Ana basdı bağrına günahsız körpəsini; Hönkür-hönkür ağladı. B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|