
GÜNƏŞLİ sif. 1. Günəşin işığı ilə nurlanmış, işıqlı, günəş olan. Günəşli gün. - Aləm bilir bu yolun hər zaman ilham dolu; Günəşli gündüzləri, aylı gecələri var. S.Rüstəm. Cavahir onu arabir günəşli havalarda gəzməyə də çıxarırdı. H.Seyidbəyli. Günəş düşən, işıqlı. Günəşli otaq. - Gəmi günəşli sahilə yaxınlaşır. M.Rzaquluzadə.
məc. Xoşbəxt, sevincli, fərəhli, işıqlı. Günəşli tale. - İrəlidə günəşli, xoşbəxt bir gələcək var. Paylaşın - Hamı bilsin
|