
GÜNGÖRMƏZsif. 1. Heç zaman gün düşməyən, günəş işığı görməyən. Güngörməz zirzəmi.
2. məc. Heç kəsin görmədiyi; gizli, məxfı. [Nemətullayev] Mənzər vasitəsilə bacaqlı, kəmər, saat və sair bu kimi qiymətli şeylər alaraq yaxın şəhərdəki baldızının güngörməz sandığında saxlardı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|