İzahlı lüğət

GÜNLÜK

is. 1. Rəqəmlərdən sonra gələrək işin neçə gündə görüləcəyini və ya görülə biləcəyini, yaxud şeyin neçə günə çata biləcəyini və s. bildirir. İki günlük işim qalıb. Üç günlük odun. - [Əvvəlinci kəndli:] Həkim bir günlükyolda olur... Ə.Haqverdiyev.
Sif. mənasında. Hərgünkü. Onsuz da qəzetlərimizin günlük nömrələrində “Ay camaat, ayılınız!” - deyib də çağırmışıq. N.Nərimanov.
Bəzi baş geyimlərinin qabaq tərəfinə
alnın üzərinə düşən hissəsinə tikilən yarımdairəvi dəri, karton və s. parçası. Günlüyü əyilmiş boz şapkasının altından ağ saçları görünən usta .. əlini Tahirə uzatdı. M.Hüseyn. [Oğlanın] .. boynunda ala-bəzək qalstuk, başında günlüyü uzun kepka var idi. İ.Əfəndiyev.
Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan çətir; zont. Nayiblər əllərində günlük .. yolun kənarında düzülüb səhərdən axşama kimi müntəzirdilər. Məmmədquluzadə. [Oğlan:] Ana, nə qədər yoruldum, oturmayaqmı? - deyə, əlindəki günlüyə söykəndi. A.Şaiq. Günəş düşən yer, günəş şüalarının işıqlandırdığı yer. Günlükdə çadır qurmaq. Günlükdə məhsul yaxşı bitir.
Bax gün 7-ci mənada. Günlüyü pis keçmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GET

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed