GURHAGURzərf 1. Şiddətlə, gurultu ilə. Mart ayının əvvəlləri olmasına baxmayaraq, dəmir soba gurhagur yanırdı. Ə.Vəliyev.
2. Gurultu ilə, bərk səs çıxararaq. Bir para evlərdə uşaqların atası çaxmaqlı tüfəngi doldurub gurhagur ilə güllə atardı.. H.Sarabski. [Mələk] ..sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. A.Divanbəyoğlu. Paylaşın - Hamı bilsin
|