İzahlı lüğət

GURLAMAQ

f 1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq. Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar. Şaiq. // Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı. // Eyni mənada gurultulu səs çıxaran çalğı alətləri haqqında. Təbil gurladı. - Şeypurlar gurladı, ov bitdi. Çəmənzəminli. [Qacar:] Gurlasın dağlarda şeypurun səsi; Sabah alınmalı Şuşa qələsi! S.Vurğun.
Qalın və güclü səs çıxarmaq, bu cür səslə danışmaq. Qoca gurladı. - [Ayrım qızının] gurlayan (f.sif.) səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. A.Şaiq. // Bərk səslənmək. Bu suallar birər-birər Dəmirqayanın qulağında gurlayırdı. H.Nəzərli.
məc. Güclü bir qüvvə ilə başlamaq, qopmaq. Pəncərədən izdihama tamaşa edən xanımlar, qızlar 1825-ci ildə baş vermiş dekabristlər üsyanının yeni bir qüvvətlə gurlayacağından qorxub tir-tir əsirdilər. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed