İBLİSis. [ər.] 1. Şeytan. [Odabaşı:] Cəhənnəm əhli iblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. [Mələk:] Yox kimsədə insafü mürüvvət; Iblisəmi uymuş bəşəriyyət?! H.Cavid.
2. məc. Araqarışdıran, fitnə salan, fitnəkar, hiyləgər. Sanki iblis oynayır bir rol, ona şər əl çalır. Ə.Nəzmi. Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır. S.Vurğun. Paylaşın - Hamı bilsin
|