İzahlı lüğət

İ (ID - 18040)

Azərbaycan əlifbasının on dördüncü hərfi və bu hərflə işarə olunan saitin adı.

İANƏ (ID - 18041)

is. [ər.] köhn. Bir xeyir iş üçün, yaxud ehtiyacı olan bir adam və ya cəmiyyət üçün verilən və toplanılan pul; maddi yardım, kömək. Ianə vermək. Ianə toplamaq. - [Yaşlı kişi:] Mən .. Hacı Ramazanın Xorasan ac və yoxsulları...

İANƏÇI (ID - 18042)

is. İanə verən, maddi kömək göstərən, yardım edən.

İANƏT (ID - 18043)

klas. bax ianə. [Yusif şah:] Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə.

İAŞƏ (ID - 18044)

is. [ər.] 1. Yedirmə, yedirib-içirmə.
2. Qida, yeyəcək, yeyinti. □ Iaşə müəssisəsi - yeməkxana, aşxana, kafe və s.

İAŞƏÇI (ID - 18045)

is. İaşə işləri ilə məşğul olan, yeyinti müəssisəsi işçisi.

İBADƏT (ID - 18046)

is. [ər.] 1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. [Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım .. ibadətdədir. M.F.Axundzadə. Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ...

İBADƏTÇI (ID - 18047)

is. İbadətlə məşğul olan adam, vaxtını ibadətdə keçirən adam.

İBADƏTGAH (ID - 18048)

is. [ər. ibadət və fars. ...gah] İçərisində ibadət edilən yer, ibadət yeri, məbəd (məscid, kilsə və s.). [Tahirzadə] burada - cüt minarələri ilə göylərə yüksələn ibadətgahda, zahidlər məclisində imtahan verməli idi. Mir...

İBADƏTXANA (ID - 18049)

[ər. ibadət və fars. ...xanə] bax ibadətgah. [Sönməz:] Ərəblər əvvəlləri .. böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı.

İBADƏTKAR (ID - 18050)

İBARƏ (ID - 18051)

is. [ər.] 1. Kəlam; iki və ya bir neçə kəlmədən ibarət tərkib. Gözlüyümü gözümə taxıb bir yerindən bu ibarəni çətinliklə oxuya bildim. C.Məmmədquluzadə. ..Birparça əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk...

İBARƏBAZ (ID - 18052)

[ər. ibarə və fars. ...baz] bax ibarəpərdaz.

İBARƏBAZLIQ (ID - 18053)

bax ibarəpərdazlıq. Ibarəbazlıq fikrin boşluğuna və bir dərəcədə yoxluğuna dəlalət eləyir. F.Köçərli.

İBARƏÇI (ID - 18054)

bax ibarəpərdaz.

İBARƏÇILIK (ID - 18055)

b a x ibarəpərdazlıq.

İBARƏLI (ID - 18056)

sif. Təmtəraqlı, qəliz, ibarələrlə dolu. Ibarəli yazı. - Armudboğaz, şişbığ satıcının belə ibarəli nitqindən baş açmayan Leylək istər-istəməz əsəbiləşdi.. S.Rəhimov.

İBARƏLILIK (ID - 18057)

is. İbarələrlə dolu olma, təmtəraqlılıq, qəlizlik.

İBARƏPƏRDAZ (ID - 18058)

is. [ər. ibarə və fars. ...pərdaz] Danışığında və ya yazısında qəliz, təmtəraqlı ibarələr işlətməyi sevən adam.

İBARƏPƏRDAZLIQ (ID - 18059)

is. Qəliz və təmtəraqlı ibarələr işlətmək həvəsi, meyli.

İBARƏT (ID - 18060)

[ər.] 1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. Beş adamdan ibarət heyət. Mütəxəssislərdən ibarət komissiya. Dörd nəfərdən ibarət ailə. Tələbələrdən ibarət komanda. - Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun...

İBÇİN (ID - 18061)

bax ifçin. [Səttar:] Gözlərinin qırağına elə bil qara qaytan tutulub, dırnaqları ibçindir. P.Makulu.

İBERLƏR (ID - 18062)

is. [tar.] 1. İberiyanın əsas əhalisini təşkil edən qədim şərqi gürcü qəbilələri.
2. Qədim İspaniyada yaşayan bir qrup qəbilənin adı.

İBLİS (ID - 18063)

is. [ər.] 1. Şeytan. [Odabaşı:] Cəhənnəm əhli iblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. [Mələk:] Yox kimsədə insafü mürüvvət; Iblisəmi uymuş bəşəriyyət?! H.Cavid.
2. məc. Araqarışdıran, fitnə salan, fitnəkar, hiyləgər....

İBLİSANƏ (ID - 18064)

sif və zərf [ər. iblis və fars. ...anə] bax iblisvari.

İBLİSCƏSİNƏ (ID - 18065)

bax iblisanə.

İBLİSLƏŞMƏ (ID - 18066)

"İblisləşmək” dən f.is.

İBLİSLƏŞMƏK (ID - 18067)

f Fəsadlaşmaq, hiyləgər, fitnəkar olmaq. Nə iblisləşmisən?

İBLİSLİK (ID - 18068)

is. Ara qarışdırma, araya fitnə salma, fəsadçılıq, fitnəkarlıq, hiyləgərlik.

İBLİSVARİ (ID - 18069)

zərf İblis kimi, şeytan kimi, şeytancasına. Qəşəm şaqqa çəkib iblisvari güldü. S.Rəhimov.

İBN (ID - 18070)

[ər.] Oğul (yalnız izafətlərdə işlənir). Əbubəkr ibni-Məhəmmədin göndərdiyi məktubu sizə oxumaq istəyirəm. M.S.Ordubadi. [Şeyx Sənan:] Ibni-Məryəm asıldı darə, fəqət; Onu təkrarə varmıdır hacət? H.Cavid.
□□ İbni-adəm...

İBRANİ (ID - 18071)

is. [ər.] 1. Qədim yəhudilərin adlarından biri.
Qədim yəhudi dili.

İBRAZ (ID - 18072)

[ər.]: ibraz etmək (eləmək) köhn.
büruzə vermək, aşkar etmək, üzə çıxarmaq, meydana çıxarmaq, göstərmək. [Mirzə Səməd:] Ömrün uzun olsun, deyə minnətdarlıq hisslərini ibraz etmədən çəkinməzdi. Çəmənzəminli. [Bahadır...

İBRƏ1 (ID - 18073)

is. [ər.] İynə, mil, əqrəb. Saat ibrəsi. Kompas ibrəsi.

İBRƏ2 (ID - 18074)

is. köhn. Əldətoxunma şal, yun parça. [Xırdaxanım:] Mən də sənə borclu oluram bir dəst şaldan libas ibrə işləməli. N.Vəzirov. [Odabaşı:] Hətta Mirzə Əhməd ağa bir ədəd ibrə şalından canamaz .. qız üçün ənam göndərmişdi....

İBRƏT (ID - 18075)

[ər.] Ağır, pis bir hadisədən, işdən alınan dərs. Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; Ibrət bizə yox, halətidünyanı görəndə. Aşıq Aslan. □ İbrət almaq (eləmək, götürmək) - bir işdən, hadisədən dərs almaq,...

İBRƏTAMİZ (ID - 18076)

sif. [ər. ibrət və fars. ...amiz] İbrət verən, ibrətverici, ibrətli. Ibrətamiz hekayə. Ibrətamiz nağıllar. - Bu ibrətamiz və riqqətəngiz faciəni [“Otello”nu] ədibi-binəzir Şekspir ziyadə məharətlə tərtib və tənzim edibdir....

İBRƏTXANA (ID - 18077)

is. [ər. ibrət və fars. ...xanə] İbrət götürülən yer, tərbiyə evi. [Məmməd:] Xeyr, [teatr] ibrətxanadır. S.S.Axundov.

İBRƏTLƏNDİRİCİ (ID - 18078)

bax ibrətli.

İBRƏTLƏNDİRMƏ (ID - 18079)

“İbrətləndirmək” dən f.is.

İBRƏTLƏNDİRMƏK (ID - 18080)

f İbrət vermək, ibrət dərsi vermək, pis işdən çəkindirmək.

İBRƏTLƏNMƏ (ID - 18081)

“İbrətlənmək” dən f.is.

İBRƏTLƏNMƏK (ID - 18082)

f Bir işdən, hadisədən və s.-dən dərs almaq, özünə nümunə götürmək, özü üçün nəticə çıxarmaq.

İBRƏTLİ (ID - 18083)

sif İbrət ola bilən, ibrət verən, ibrət alınmalı, nümunə götürülə bilən, ibrətverici, özü üçün dərs ala bilən. Ibrətli hadisə. Əkbər siz deyən adamlardan olmasa da, özünə görə ibrətli həyat yolu var. Mir Cəlal.

İBRƏTVERİCİ (ID - 18084)

bax ibrətamiz. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. M.S.Ordubadi.

İBRİQ (ID - 18085)

is. [ər.] Su və b. mayelər üçün qulplu və əmzikli qab. [Xəyyam:] Badə ibriqimi qırdın, ya rəb! Dərdimi başdan aşırdın, ya rəb! H.Cavid.

İBRİŞİM (ID - 18086)

is. [fars.] İpək iplik.

İBTİDA (ID - 18087)

is. [ər.] Başlanğıc, ilk, əvvəl (intiha ziddi.) Ayın ibtidası. - Insan, ömrünün ibtidasından intihasına qədər möhtacdır təhsili-ülumə. H.Zərdabi. [Şeyx Sənan:] Bir səfərdir bu, adəta, məchul; Qayə məchul, ibtida məchul......

İBTİDADA (ID - 18088)

zərf İlk dəfədə, başlanğıcda, əvvəldə. Ki cahan içrə var eylə işlər; Nəzərə ibtidada xoş görünər. S.Ə.Şirvani.

İBTİDADAN (ID - 18089)

zərf Başlanğıcdan, əvvəlindən, başdan. [Xacə] qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. M.F.Axundzadə. Ibtidadan eləsəm şərh bu əhvalı əgər: Uzanıb rişeyi-söz, nəzm düşər tulani. S.Ə.Şirvani.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed