İzahlı lüğət

İSTİMDAD (ID - 19541)

is. [ər.] köhn. İmdad göstərmə, yardıma (köməyə) çağırma. Sönük vücudu saçar hər dəm atəşin fəryad; Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad. H.Cavid. O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad. A.Şaiq....

İSTİNAD (ID - 19542)

is. [ər.] Dayanma, əsaslanma, söykənmə. Istinad nöqtəsi (əsaslanacaq, söykənəcək, dayaq ola biləcək şey). □ Istinad etmək - 1) arxalanmaq, bir şeyi dayaq, kömək hesab etmək. Hökumət ancaq xalqın arzu və iradəsinə istinad etməlidir....

İSTİNADƏN (ID - 19543)

zərf [ər.] rəs. köhn. İstinad edərək, əsaslanaraq, arxalanaraq, dəlil tutaraq. Mövcud qərarlara istinadən... Mənbəyə istinadən

İSTİNADGAH (ID - 19544)

is. [ər. istinad və fars. ...gah] 1. Sığınacaq, daldalanacaq yer; pənahgah. // İstinad nöqtəsi. [Nəcəf] düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. Mir Cəlal.
məc. Arxa, kömək, dayaq, istinad ediləcək qüvvə....

İSTİNTAQ (ID - 19545)

is. [ər.] hüq. Cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual; söylətmə, soruşma, dindirmə, ifadə alma (müttəhimdən, şahiddən). Zeynal başını aşağı salmışdı. Ilk istintaqda söylədiyi bir sözü...

İSTİNTAQÇI (ID - 19546)

is. hüq. İstintaq aparan ədliyyə işçisi; müstəntiq.

İSTİOT (ID - 19547)

is. 1. bot. Tropik bitki və onun dadı kəskin yandırıcı dənələr şəklində olan meyvəsi. Qara istiot. - Istiot cinsinin qara istiot növü. Cənub-Şərqi Asiyanın tropik ölkələrində və Malay adalarında bitən, sarmaşan bitkidir. M.Qasımov....

İSTİOTQABI (ID - 19548)

is. İçinə istiot tökülən qab.

İSTİOTLAMA (ID - 19549)

“İstiotlamaq” dan f.is.

İSTİOTLAMAQ (ID - 19550)

f. Ustünə istiot səpmək, istiot vurmaq. Xörəyi istiotlamaq. Əti istiotlamaq.

İSTİOTLANMA (ID - 19551)

“İstiotlanmaq” dan f.is.

İSTİOTLANMAQ (ID - 19552)

məch. Üstünə istiot səpilmək, istiot vurulmaq.

İSTİOTLANMIŞ (ID - 19553)

f.sif. Ustünə istiot səpilmiş, istiot vurulmuş.

İSTİOTLU (ID - 19554)

sif Tərkibində istiot olan; istiot qatılmış. Istiotlu xörək. Istiotlu halva.

İSTİOTLUQ (ID - 19555)

is. İstiot əkilmiş yer.

İSTİÖLÇƏN (ID - 19556)

İSTİRAHƏT (ID - 19557)

is. [ər.] Dincəlmə, rahatlanma; dinclik, rahatlıq. [Odunçu:] Bu nə gündür, nə dirilikdir ki, heç bir istirahət yox. U.Hacıbəyov. [Qulu:] Hər gün saat birdən üçə qədər .. istirahət saatlarıdır. İ.Əfəndiyev. Bura [pəncərə qabağı]...

İSTİRAHƏTCİL (ID - 19558)

sif Daima istirahət etməyə, özünə baxmağa vərdiş edən, işləməyi sevməyən. Istirahətcil adam.

İSTİRAHƏTGAH (ID - 19559)

is. [ər. istirahət və fars. ...gah] tənt. Dincəlinən, rahatlanan, istirahət edilən yer. [Cəmil bəy:] Mənim təbibim əcəl, istirahətgahım da məzarıstandır. H.Cavid.
□□ Əbədi istirahətgah tənt. - qəbir. Minlər, on minlərlə...

İSTİRAHƏTXANA (ID - 19560)

is. [ər. istirahət və fars. xanə] b a x istirahətgah.

İSTİRAHƏTQABAGI (ID - 19561)

zərf İstirahətdən qabaq, əvvəl.

İSTİRAHƏTLƏNMƏ (ID - 19562)

“İstirahətlənmək” dən f.is.

İSTİRAHƏTLƏNMƏK (ID - 19563)

f Dincəlmək, rahatlanmaq, istirahət etmək, yorğunluğunu (dincini) almaq. Hər dəfə öküzləri açıb çəmənə buraxırdıq, onlar da bir az dincəlir və kövşək çalırdı. Biz də istirahətlənirdik. T.Ş.Simurq.

İSTİRAHƏTLİ (ID - 19564)

sif Rahat, iztirabsız. ..Hər kəsə istirahətli bir həyat təmin eləmək ən böyük məfkurə hesab edilir. Çəmənzəminli.

İSTİRAHƏTLİK (ID - 19565)

is. dan. İstirahət, rahatlıq, dinclik. Heç bir istirahətliyi yoxdur.

İSTİRAHƏTSİZLİK (ID - 19566)

is. Narahatlıq, rahatsızlıq; istirahət etməmə. [Xosrovbəylinin dayısı] öz səfərindən, dəmir yolundakı istirahətsizliklərdən şirin-şirin danışırdı. Mir Cəlal.

İSTİRHAM (ID - 19567)

is. [ər.] Yalvarma, mərhəmət istəmə, rica etmə.

İSTİSQA (ID - 19568)

is. [ər.] tib. Bədənin müxtəlif boşluqlarına su toplanma xəstəliyi. [İkinci ərizəçi:] Xan, başına dönüm, bunun qardaşı mühlik istisqa mərəzinə mübtəla idi. M.F.Axundzadə.

İSTİSMAR (ID - 19569)

is. [ər.] 1. Hər hansı bir əməli məqsəd üçün sistematik istifadə etmə, faydalanma, işlətmə. Neft quyularının istismarı. Təbii sərvətlərin istismarı. - Lakin Nobelin bütün o inadlı səylərinə baxmayaraq, Şibayev də adaya pəncəsini...

İSTİSMARÇI (ID - 19570)

is. 1. Başqasının zəhmətini, məhsulunu mənimsəyən, özgəsini istismar edən. // Sif. mənasında. İstismarçı siniflər. İstismarçı cəmiyyət. - “Əkinçi” istismarçı və tüfeyli təbəqələri kəskin tənqid etməkdən çəkinmirdi....

İSTİSMARÇILIQ (ID - 19571)

is. Başqasını insafsızca işlədərək, zəhmətinin məhsulunu mənimsəmə; istismar etmə.

İSTİSNA (ID - 19572)

is. [ər. ] Umumi qaydadan çıxarma, ayırma. İstisna təşkil etmə. İstisna olmaq şərti ilə. □ İstisna etmək - ümumi qaydadan kənarda buraxmaq, xaric etmək; çıxmaq. İstisna etməmək - ümumi qaydadan kənarda buraxmamaq, ümumi qaydadan...

İSTİSNALIQ (ID - 19573)

is. Umumi qaydadan kənarda olma, istisna təşkil etmə.

İSTİSNASIZ (ID - 19574)

sif. İstisna etmədən, heç birini ümumi tərkibdən ayırmadan, heç birini kənarda buraxmadan (çıxmadan), bütünlükdə. İstisnasız olaraq hamı yığıncağa gəlməlidir.

İSTİ-SOYUQ (ID - 19575)

is. 1. İsti və soyuq hava və onun təsiri. Ozünü isti-soyuqdan qorumaq. - [Səlim bəy:] İsti-soyuqçün deyil başındakı bu papaq. S.Rüstəm. [Səlbi:] Oruc, papağı başa isti-soyuqçün qoymurlar, namus üçün qoyurlar. Ə.Vəliyev.
məc....

İSTİSU (ID - 19576)

is. 1. Xalq arasında isti müalicə suları çıxan yerə verilən ad. Yayda İstisuya getmişdik. - [Hacı Mehdi:] Amma, gərək, övrət İstisudan gələnədək iş tamam ola. Ə.Haqverdiyev.
2. Azərbaycanda çıxan müalicə sularından birinin...

İSTİTÖRƏTMƏ (ID - 19577)

bax isti1iktörətmə. İstitörətmə qabiliyyəti.

İSTİVURMA (ID - 19578)

is. tib. Çox isti havada günəşin təsirindən beyin mərkəzlərinin zədələnməsi; günvurma.

İSTORİOQRAFİYA (ID - 19579)

[yun. istoria və grapho] 1. Tarix haqqındakı biliklərin inkişafını öyrənən elm, tarixşünaslıq.
2. Hər hansı bir dövrdə meydana gəlmiş, yaxud bu və ya digər dövrə və ya problemə həsr olunmuş tarixi əsərlərin məcmusu;...

İSVEÇ(Lİ) (ID - 19580)

sif. və is. İsveç əhalisindən olan.

İSVEÇRƏLİ (ID - 19581)

sif. və is. İsveçrə əhalisindən olan.

İŞ (ID - 19582)

is. 1. Fəaliyyət, çalışma, zəhmət, əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş. İşlə məşğul olmaq. - İş insanın cövhəridir. (Ata. sözü). İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin,...

İŞAN (ID - 19583)

is. Ruhani, din xadimi, molla. Yazdığıma yalan-palan qatmaram; İşan kimi rüşvət pula yatmaram. M.Ə.Sabir. Hər gün itib-batmadadır xanları; Mollaları, şeyx və işanları. Ə.Nəzmi.

İŞARANTI (ID - 19584)

is. Uzaqdan görünən işıq nöqtəsi; işıqucu.

İŞARASI (ID - 19585)

zərf İşin arası, iş görülən zaman. İşarası evə qaçmaq.

İŞARƏ (ID - 19586)

is. [ər.] 1. Əlamət, nişanə, iz. Övrətlərimizin indiki əhvalını nəzərə alsaq, .. bir işarə də tapa bilmərik ki, arvadlarımızın hüququ kişilər tərəfindən pozulmuş ola. C.Məmmədquluzadə. // Rəmz, emblem. Oraq kəndliyə,...

İŞARƏLƏMƏ (ID - 19587)

“İşarələmək” dən f.is.

İŞARƏLƏMƏK (ID - 19588)

f İşarə vurmaq. // İşarə (nişan) qoymaq.

İŞARƏLƏNMƏ (ID - 19589)

“İşarələnmək” dən f.is.

İŞARƏLƏNMƏK (ID - 19590)

məch. İşarə qoyulmaq (vurulmaq). // Nişan qoyulmaq (vurulmaq).

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed