İzahlı lüğət

İNTEQRATOR (ID - 19091)

xüs. Avtomatik hesablama aparatı.

İNTEL(L)İGENT (ID - 19092)

[lat.] Ziyalı təbəqəsinə mənsub adam (bəzən istehza yerində işlənir). Bu inteligentlərin sözün gətirmə heç aralığa; Oları görmək istəsən, şərabı gör, qumarı gör! M.Ə.Sabir. [Rüstəm bəy Məşədi İbada:] ..Birisi qəzetəçi...

İNTEL(L)İGENTLİK (ID - 19093)

is. Ziyalılıq. [Musanın nəvəsi] gedib Qori seminariyasına girdi. Bir il də orada oxudu, onun əsil intelligentlik həyatı da bu tarixdən başladı. Qantəmir.

İNTENDANT (ID - 19094)

[fr.] hərb. Orduda və ya qoşun hissələrində təsərrüfat işlərinə baxan hərbi qulluqçu. Intendant vəzifəsi.
□□ İntendant xidməti - silahlı qüvvələrin təsərrüfat və təchizat işlərinə baxan idarələr sistemi.

İNTENDANTLIQ (ID - 19095)

is. 1. Ordunun təchizat və təsərrüfat işlərinə baxan hərbi idarə.
2. İntendant vəzifəsi. Intendantlıq etmək.

İNTENSIV (ID - 19096)

sif [lat.] Gərgin, güclü, qızğın. Intensiv iş. - Üçpərli balta ilə işlərkən quyuda gilli məhlulun cərəyanı da nisbətən intensiv (z.) olmalıdır ki, külli miqdarda qazılmış süxur tamamilə qaldırılsın və quyunun dibi təmiz...

İNTENSİVLƏŞDİRİLMƏ (ID - 19097)

"İntensivləşdirilmək” dən f.is. Iş üsullarının intensivləşdirilməsi.

İNTENSİVLƏŞDİRİLMƏK (ID - 19098)

məch. Daha intensiv (məhsuldar, səmərəli) edilmək, intensivliyi daha da artırılmaq.

İNTENSİVLƏŞDİRMƏ (ID - 19099)

"İntensivləşdirmək” dən f.is.

İNTENSİVLƏŞDİRMƏK (ID - 19100)

f Daha intensiv etmək, intensivliyini artırmaq, daha məhsuldar, daha səmərəli etmək. Kənd təsərrüfatını intensivləşdirmək. Istehsal proseslərini intensivləşdirmək.

İNTENSİVLİK (ID - 19101)

is. 1. Səmərəlilik, məhsuldarlıq. Əməyin intensivliyi.
2. Gərginlik, qızğın fəaliyyət.

İNTERES (ID - 19102)

[lat.] dan. bax mənafe. Bu işdə onun heç bir interesi yoxdur. - [Əlisəfa:] Mənim bunda bir interesim yoxdur. S.Hüseyn.

İNTERLUDİYA (ID - 19103)

[ital.] mus. Bir musiqi əsərinin hissələri arasında çalınan və onları bir-birinə bağlayan başqa kiçik musiqi pyesi və ya parçası.

İNTERMEDİYA (ID - 19104)

[ital.] 1. Dram və ya opera tamaşasının pərdələri arasında göstərilən kiçik komik səhnə və ya pyes.
2. mus. bax interlüdiya.

İNTERMESSO (ID - 19105)

[ital.] mus. Sərbəst formalı kiçik instrumental pyes, bəzən operanın ortasında orkestr tərəfindən çalınan kiçik müstəqil musiqi pyesi. Sevgilisi Aşıq Qəribdən ayrı düşmüş Şahsənəmin hicran kədərləri, R.Qliyerin “Şahsənəm”...

İNTERNASİONAL (ID - 19106)

[fr.] 1. Bax beynə1mi1ə1. [Tofiq:] A kişi, eşqin nə ruscası, nə azərbaycancası! Eşq internasionaldır. M.İbrahimov.
2. tar. Beynəlmiləl proletar himninin və Sovet İttifaqı Kommunist Partiyası himninin adı.

İNTERNASİONALİST (ID - 19107)

[fransızcadan] bax beynə1mi1ə1çi.

İNTERNASİONALİZM (ID - 19108)

[fr.] bax beynə1mi1ə1çi1ik. Humanizm, xəlqilik, internasionalizm C.Məmmədquluzadənin yaradıcılığının ana xəttidir, canıdır. M.İbrahimov.

İNTERNAT (ID - 19109)

[lat.] 1. Məktəb yanında şagirdlər üçün ümumi yataqxana.
2. Şagirdlərin oxuyub yaşadıqları qapalı məktəb. Cari dərs ilindən etibarən şəhərdə internat təşkil edilmişdir. (Qəzetlərdən).

İNTERNET (ID - 19110)

[lat. inter - ...arasında və ing. net - şəbəkə] Bütün dünyada milyonlarla kompyuter vahid informasiya sisteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara...

İNTERVAL (ID - 19111)

[lat.] 1. Bir şeyi digərindən ayıran ara, aralıq, məsafə. İntervalı gözləmək.
2. mus. fiz. Eyni zamanda və ya bir-birinin ardınca çıxarılan iki səs arasındakı yüksəklikcə fərq. Əgər əsas not ilə yardımçı böyük sekunda...

İNTERYER (ID - 19112)

İNTƏHA (ID - 19113)

is. [ər.] Son, axır, nəhayət, qurtaracaq. Məndən ötrü bu şadlığın intəha və əvəzi yox idi. T.Ş.Simurq.

İNTƏHASI (ID - 19114)

ara s. Axırı, qurtaranı, nəhayət, xülasə. ..İntəhası, iki-üç saat vaxt kifayətdir. C.Məmmədquluzadə. İntəhası, dava var uzun olur, qısa olur, sənə yaxın, ya uzaq olur. Mir Cəlal. [Daşdəmir:] Allah eləməsin, ay Sərvinaz nənə,...

İNTƏHASIZ (ID - 19115)

sif. Sonu, axırı olmayan, nəhayətsiz, sonsuz. Bir gecə azarın intəhasız şiddətində şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Ə.Haqverdiyev. [Qarı:] Əhməd qızını intəhasız, hədsiz-hesabsız...

İNTƏHASIZLIQ (ID - 19116)

is. Sonsuzluq, nəhayətsizlik; sonu, axırı olmama. [Nuriyyəyə] elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim əqlimizin dərk edə biləcəyi əbədi bir boşluq, bir intəhasızlıq var. İ.Əfəndiyev.

İNTİBA (ID - 19117)

is. [ər.] Bir şeyin zehində buraxdığı iz, təəssürat. Məryəm Bakıdan gəldiyi bir neçə gün müddətində gəzib tanış olduğu yerlərdən aldığı ilk intibaları xatırlayır(dı). M.Hüseyn. Cabbarlının əsərlərini oxuyarkən və...

İNTİBAH (ID - 19118)

is. [ər.] Oyanış, oyanma, canlanma, dirçəlmə, yenidən yüksəliş. Azərbaycan ədəbiyyatının intibah dövrü. Milli intibah yolu.
□□ İntibah dövrü tar. - XV-XVI əsrlərdə Avropada elm və incəsənətin çiçəklənməsi dövrü....

İNTİBAHNAMƏ (ID - 19119)

is. [ər. intibah və fars. namə] Təbliği məzmunda olub, əksərən gizli çap edilərək kütlələr arasında yayılan vərəqə; bəyannamə. İnqilabi intibahnamə.
Nəsir .. bolşevik intibahnaməsi çap etdiyi üçün həbsxanada yatırdı....

İNTİHA (ID - 19120)

bax intəha. Əmaninin dilrübası; Əzəldən rəhnüması; İntihayi-müddəası;
Sənsən canımın cananı. Əmani. [Xacə] qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. M.F.Axundzadə.

İNTİHAR (ID - 19121)

is. [ər.] Özünü öldürmə. [Zəmanə] ..o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qara torpaq altına girməyə məcbur etdi. C.Cabbarlı. Indi onun simasında intihara qərar vermiş kimi küt bir durğunluq vardı. Mir Cəlal....

İNTİXAB (ID - 19122)

is. [ər.] Seçmə, seçib ayırma. [Qoca:] ..Hökmdar intixabında da atanın iştirakı və meyli təqdis olunardı. Çəmənzəminli. [Səmirə:] Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan....

İNTİQAL (ID - 19123)

is. [ər.] 1. Bir yerdən başqa yerə keçmə, yerini dəyişmə. □ İntiqal etmək - köçmək, başqa yerə keçmək, yerini dəyişmək. [Çopo:] Zatən ənənə nəsillərdən intiqal etmiş kollektiv bir ağıl deyilmi? Çəmənzəminli.
2....

İNTİQAM (ID - 19124)

is. [ər.] Özünə pislik edənə pislik etmə arzusu və işi; qisas, qisas alma, heyif alma, əvəzə əvəz; öc. [İsmət:] Ah, fəqət intiqam dilərsə Orxan; Ismət xoşbəxt ikən olur bağrı qan. H.Cavid. Eşqin intiqamı yaşar hər zaman.....

İNTİM (ID - 19125)

[fr.] kit. 1. Dəruni, içdən gələn, səmimi. Intim lirika yenə qüvvətli vətənpərvərlik motivləri ilə çarpazlaşır. M.Hüseyn. Füzulinin intim duyğuları tərənnüm edən şeirlərində də, lirikasında da zəmanəsinin ruhu, fəlsəfəsi,...

İNTİŞAR (ID - 19126)

is. [ər.] Yayma, yayılma. Amma [nə] hasil mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil. M.F.Axundzadə. // Nəşr olunma, çıxma, çap edilmə. “Molla Nəsrəddin “məcmuəsi 1906-cı ildən intişara başladı. □...

İNTİZAM (ID - 19127)

is. [ər.] 1. Nizam və qayda, səliqə, tərtib. [Yemək odasında] evini və ailəsini sevən bir qadın intizam və səliqəsi müşahidə edilirdi. S.Hüseyn. [Oğlan:] Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur....

İNTİZAMLI (ID - 19128)

sif. İntizama ciddi surətdə riayət edən, qayda və qanuna əməl edən. Intizamlı şagird. Intizamlı işçi. Intizamlı döyüşçü.

İNTİZAMLILIQ (ID - 19129)

is. İntizamlı olma, nizam və intizamı gözləmə.

İNTİZAMSIZ (ID - 19130)

İNTİZAMSIZLIQ (ID - 19131)

is. 1. Nizam və intizamın olmadığı hal, nizam və intizama riayət etməmə. Ən geridə qalan bu bölüyün zəif cəhətləri intizamsızlıq, qeyri-mütəşəkkillikdir.
2. Qarmaqarışıqlıq, tərtibsizlik, səliqəsizlik, nizam və qayda...

İNTİZAR (ID - 19132)

is. [ər.] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm...

İNTİZARÇILIQ (ID - 19133)

is. dan. Səbirsizliklə gözləmə, intizar çəkmə, gözü yolda qalma; nigarançılıq.

İNTİZARLI (ID - 19134)

sif şair. Həsrətli, nigaran, intizarla dolu, intizar ifadə edən. Göyərib bağça, nanə; Bağ nanə, bağça nanə; Intizarlı gözlərim; Doyunca bax cananə! (Bayatı). Məsmə arvadın başında intizarlı fikirlər bir-birini təqib edirdi....

İNTONASİYA (ID - 19135)

is. [lat.] dilç. 1. Səs tonunun ucalıb-alçalması; ton, tələffüz xüsusiyyəti.
2. Musiqi alətində çalarkən, yaxud oxuyarkən tonun düzgün və ya yanlış səslənməsi.

İNTRİQA (ID - 19136)

[fr.] 1. Bir məqsədə (adətən pis məqsədə) yetmək üçün əlaltından görülən iş; hiylə, fitnə. Intriqa aparmaq. Intriqa qurbanı. - ..Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi. M.S.Ordubadi. [Tələbə:]...

İNTRİQAN, İNTRİQAÇI (ID - 19137)

is. İntriqa ilə məşğul olan adam. Intriqanın biridir.

İNTUISİYA (ID - 19138)

[lat.] 1. Bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu.
2. Fəlsəfədə: varlığı təcrübə və məntiqi nəticələrin köməyi ilə deyil, bilavasitə anlama, dərk etmə qabiliyyəti. Intuisiyanın psixoloji mexanizmi....

İNVALİ (ID - 19139)

D [lat.] b a x əlil. Invalidlərin nümayəndəsi bilib ona tribunada yer vermişdilər. Mir Cəlal.

İNVAR (ID - 19140)

is. [ing.] Dəmir xəlitəsi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed