İRİDANƏLİ (ID - 19241)sif Danələri iri olan. Iridanəli mirvari. - Qətibə .. iridanəli inci çıxarıb, Səba xanımın boynuna salaraq: - Bunu Bağdadda sənin adına almışam, - dedi. M.S.Ordubadi.
|
İRİDƏNLİ (ID - 19242)sif Dənləri iri olan. Iridənli darı. Iridənli buğda.
|
İRİDIRNAQLI (ID - 19243)sif Dırnaqları iri olan.
|
İRİDİŞ(Lİ) (ID - 19244)sif. Dişləri iri olan. Iridişli çarx. Iridiş daraq.
|
İRİDODAQLAR (ID - 19245)is. zool. Xanıbalığıkimilər dəstəsindən əlvan rəngli dəniz balıqları fəsiləsi.
|
İRİGÖVDƏLİ (ID - 19246)sif Gövdəsi iri olan. Irigövdəli ağac. - Meşənin ətəyindən, təkəmseyrək kolların arasından qara paltarlı, irigövdəli bir arvad çıxdı. İ.Hüseynov.
|
İRİGÖZ(LÜ) (ID - 19247)sif Gözləri iri olan. Irigöz qız. Irigöz oğlan. - Bunların [əcnəbilərin] arasında ucaboylu, irigözlü, buğdayısifət bir gənc vardı. Çəmənzəminli. Irigöz, yastıburun Validənin görüşü hamıya mane olur. H.Seyidbəyli.
|
İRİGÖZLÜLÜK (ID - 19248)is. İrigözlü adamın halı.
|
İRİ-XIRDA (ID - 19249)sif Hər cür, hər boyda, hər ölçüdə, hər həcmdə. Ağacda iri-xırda nə meyvə vardısa, töküldü.
|
İRİKALİBRLİ (ID - 19250)sif xüs. Kalibri adi kalibrdən böyük olan; çapı, ölçüsü böyük olan. Irikalibrli pulemyot.
|
İRİKÖK(LÜ) (ID - 19251)sif Kökü iri olan. Irikök çuğundur.
|
İRİLƏMƏ (ID - 19252)“İriləmək” dən f.is.
|
İRİLƏMƏK (ID - 19253)f Həcmcə, ölçücə böyütmək, iri eləmək. Kündələri iriləmək.
|
İRİLƏNMƏ (ID - 19254)“İrilənmək” dən f.is.
|
İRİLƏNMƏK (ID - 19255)f 1. Həcmcə, ölçücə, cüssəcə böyümək, yekələşmək. Meyvələr irilənib. Ağaclar irilənib.
Böyümək, boya-başa çatmaq. Uşaq daha irilənib. - [Ağanın] başı üçün, o irilənəndə qoymaz ki, bu dünyada bir canlı-cinli... |
İRİLƏŞDİRİLMƏ (ID - 19256)“İriləşdirilmək” dən f.is.
|
İRİLƏŞDİRİLMƏK (ID - 19257)məch. İri hala salınmaq, həcmcə, ölçücə böyükləşdirilmək.
|
İRİLƏŞDİRMƏ (ID - 19258)“İriləşdirmək” dən f.is.
|
İRİLƏŞDİRMƏK (ID - 19259)f Həcmcə, ölçücə iri hala salmaq, irilətmək, böyütmək.
|
İRİLƏŞMƏ (ID - 19260)“İriləşmək” dən f.is.
|
İRİLƏŞMƏK (ID - 19261)f Daha iri olmaq; həcmcə, ölçücə, cüssəcə daha da böyümək; yekələnmək, irilənmək. Meyvələr gündən-günə yetişib iriləşir. - [Fərmanın] ortaboylu nazik vücudu getdikcə iriləşir, bədənindəki uşaq kövrəkliyi daha az hiss...
|
İRİLƏTMƏ (ID - 19262)“İrilətmək” dən f.is.
|
İRİLƏTMƏK (ID - 19263)b a x iriləşdirmək.
|
İRİLİ-XIRDALI (ID - 19264)sif 1. Böyüklü-kiçikli, hər yaşda, böyük və kiçik. Körpünün üstü cırcındıra bürünmüş irili-xırdalı uşaqlarla dolu idi. M.Rzaquluzadə.
2. Həm iri, həm xırda; həm böyük, həm kiçik. Səhər tezdən yola çıxdıq. Nügədinin... |
İRİLİK (ID - 19265)is. İri şeyin hal və keyfiyyəti; böyüklük, yekəlik. Dənin iriliyi. Başın iriliyi. Bu irilikdə qoz görməmişəm. - [Hacı Murad:] Bu irilikdə mirvari .. heç Xəta padşahının xəzinəsində də tapılmaz. S.S.Axundov.
|
İRİN (ID - 19266)is. [ər.] tib. Bədənin hər hansı bir yerində toxumaların iltihabı nəticəsində əmələ gələn yaşıl və sarıya çalan pis qoxulu qəliz maddə; yara çirki. Yaradan irin axmaq. Çiban irini.
|
İRİNLƏDİCİ (ID - 19267)sif İrin əmələ gəlməsinə səbəb olan, irin törədici. Irinlədici maddə. Irinlədici bakteriya.
|
İRİNLƏMƏ (ID - 19268)“İrinləmək” dən f.is.
|
İRİNLƏMƏK (ID - 19269)f İrin əmələ gəlmək. Yara irinləyib.
|
İRİNLƏTMƏ (ID - 19270)“İrinlətmək” dən f.is.
|
İRİNLƏTMƏK (ID - 19271)f İrinləməsinə səbəb olmaq, irin törətmək.
|
İRİNLİ (ID - 19272)sif İrini olan, irin yığılmış, irin axan. Irinli yara. Irinli çiban.
|
İRİNLİLİK (ID - 19273)is. İrinli yaranın halı.
|
İRİNVERƏN (ID - 19274)sif İrinli. Irinverən yara.
|
İRİS (ID - 19275)[yun.] Şokolad rəngli kubiklər şəklində konfet növü.
|
İRİSİFƏT(Lİ) (ID - 19276)sif Sifəti, üzü iri olan. Irisifət oğlan.
|
İRİŞDİRİLMƏ (ID - 19277)“İrişdirilmək” dən f.is.
|
İRİŞDİRİLMƏK (ID - 19278)məch. Bir-birinə çatdırılmaq, bir-biri ilə qovuşdurulmaq, yetişdirilmək.
|
İRİŞDİRMƏ (ID - 19279)“İrişdirmək” dən f.is.
|
İRİŞDİRMƏK (ID - 19280)f Yetişdirmək, çatdırmaq, qovuşdurmaq.
|
İRİŞİLMƏZ (ID - 19281)sif Yetmək, çatmaq, mümkün olmayan; əlçatmaz. Mən ağ bir göyərçin olsaydım; Əngin, irişilməz üfüqlərdə yaşardım. H.Cavid. [Güllər] pianinosu arxasında .. irişilməz xəyallara dalaraq saatlarla çalırdı. İ.Əfəndiyev. Planetlər,...
|
İRİŞMƏ1 (ID - 19282)“İrişmək’^dən f.is.
|
İRİŞMƏ2 (ID - 19283)“İrişmək”2
|
İRİŞMƏK1 (ID - 19284)f Çatmaq, yetişmək. Bahar oldu, açıldı yüzündən pərdə gülzarın; Irişdi qönçənin dövrü, zamanı qalmadı xarın. Nəsimi. Doğulduğu gecədən irişincə bu günə; Yollarda yonca kimi böyüdü öz-özünə. Ə.Cavad.
|
İRİŞMƏK2 (ID - 19285)f dan. Boş-boş gülmək, hırıldamaq; dişlərini ağartmaq. Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi. S.Rəhman. Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi: - Ay lopabığ, yəqin oğurluq ətidir. Ə.Abasov....
|
İRİYANAQ(LI) (ID - 19286)sif Yanaqları iri olan. İriyanaqlı uşaq.
|
İRİYARPAQ(LI) (ID - 19287)sif Yarpaqları iri olan. İriyarpaqlı ağac.
|
İRKİLMƏK (ID - 19288)f məh. Ürkmək. Dəmirqaya əvvəl baxışda irkildi. H.Nəzərli.
|
İRQ (ID - 19289)is. [ər.] Mənşə və bəzi irsi xüsusiyyətlərinə (saçlarının, dərilərinin rənginə, başlarının quruluşuna və s.) görə bir olan tarixən təşəkkül tapmış insanlar qrupu. Burada ağ irqdən qızlar var idi, yaşları çox az idi,...
|
İRQA (ID - 19290)is. bot. Qızılgül fəsiləsindən dağlıq və qayalıq yerlərdə bitən kol bitki. İrqa 2 metrə qədər hündürlükdə, qışda yarpağı tökülən koldur. May ayında çiçəkləyir. Əvvəl qırmızı, sonra qara rəngli olan meyvəsi avqust...
|
Bu səhifə dəfə baxılıb