İNDİFERENT (ID - 18941) |
İNDİKATOR (ID - 18942)[lat.] 1. tex. Fiziki kəmiyyətləri (təzyiqi, yükü və i.a.) təyin etmək üçün işlədilən bir sıra cihazların adı. Elektrik ehtizazları indikatoru.
2. Kimyəvi reaksiyanın sonunu (rəngin dəyişməsi, çöküntü və s. üzrə) bildirən... |
İNDİKİ (ID - 18943)sif. Hazırkı, hazırda mövcud olan, hazırkı zamana aid olan; müasir. İndiki insanlar. İndiki dövr. İndiki ədəbiyyat. İndiki şərait. // Budəfəki. Cəbi həmişə anasına baxırdı, fəqət indiki baxışda bir atəş, bir elektrik qüvvəsi...
|
İNDİQO (ID - 18944)[isp.] 1. Kimyəvi üsulla əldə edilən tünd-sürməyi boya maddəsi (keçmişdə bitkilərin şirəsindən hasil edilirdi).
2. dan. Tünd-sürməyi yun parça. Katibin .. indiqodan tikdirdiyi üst köynəyi çəkilib, dal tərəfdən bir yerə... |
İNDİLİK (ID - 18945)zərfi 1. Hələlik, indiki halda, indiki vaxt üçün, hazırkı zamana görə. İndilik bu bəsdir. - İndilik hamı lazım deyil. Bir-iki nəfər öhdəsinə götürsə kifayətdir.. T.Ş.Simurq. İndilik bu danışıqları buraxsaq yaxşıdır. H.Nəzərli....
|
İNDİLİKDƏ (ID - 18946)zərfi İndiki vaxtda, indiki şəraitdə, hələlikdə, hal-hazırda, hələlik. Möhtərəm “Rəhbər”in bu təvəqqeini biz indilikdə əmələ gətirə bilmərik.. C.Məmmədquluzadə. [İsmayıl:] ..İndilikdə klubun müdirliyini Yusif yoldaşa...
|
İNDONEZİYALI (ID - 18947)is. İndoneziya əhli, malay xalqına mənsub adam.
|
İNDUİZM (ID - 18948)[sanskr.] Hindistanda: eramızın V əsrində brəhmənizm və buddizm əsasında təşəkkül tapmış hakim din.
|
İNDÜKSİYA (ID - 18949)[lat.] 1. mənt. Ayrı-ayrı, xüsusi təsadüflərdən ümumi nəticələr çıxarma üsulu.
fiz. Maqnit sahəsinin təsiri ilə və ya yüklü elektrik cisminin yaxınlaşması ilə hər hansı bir keçiricidə elektrik və maqnit enerjisinin... |
İNDUKSİYALANMA (ID - 18950)“İnduksiyalanmaq” dan f.is.
|
İNDUKSİYALANMAQ (ID - 18951)f. xüs. İnduksiyaya çevrilmək, induksiya əmələ gəlmək.
|
İNERSİYA (ID - 18952)[lat. ] fiz. Düz xətt üzrə hərəkətdə olan cismin öz müntəzəm hərəkətini, sükunətdə olan cismin isə öz sükunətini xarici bir qüvvə müdaxilə etmədikcə mühafizə etmə xassəsi; ətalət. Inersiya qüvvəsi.
|
İNƏK (ID - 18953)is. 1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. Inək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq). - Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. M.S.Ordubadi. ..Evin...
|
İNƏKÇİ (ID - 18954)is. İnək saxlayan; inəyəbaxan.
|
İNƏKÇİLİK (ID - 18955)is. İnək yetişdirib saxlama. Inəkçiliyi inkişaf etdirmək.
|
İNƏKƏMCƏYİ (ID - 18956)is. İri, uzunsov, qırmızıya çalar gilələri olan üzüm növü.
|
İNƏKLİ (ID - 18957)sif. İnəyi olan. Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan. (Ata. sözü).
|
İNƏKNOXUDU (ID - 18958)is. bot. Paxlalılar fəsiləsindən birillik və ya çoxillik ot bitkisi (yem bitkisi kimi istifadə olunur).
|
İNƏKOTARAN (ID - 18959)bax naxırçı.
|
İNƏKOTU (ID - 18960)is. bot. Xalq təbabətində istifadə edilən çoxillik bitki. Inəkotu çoxillik bitki olub, təxminən bir metr hündürlüyündə qol-budaqlı gövdəyə malikdir. Laləyə oxşar çılpaq, tünd-yaşıl və böyük yarpaqları uzun saplaqlar üzərində...
|
İNƏKSAĞAN (ID - 18961)sif. İnəkləri sağan və onlara qulluq edən işçi; sağıcı.
|
İNƏKSİZ (ID - 18962)sif. İnəyi olmayan, inək saxlamayan. Inəksiz kəndlilər.
|
İNƏYƏBAXAN (ID - 18963)bax inəkçi.
|
İNFARKT (ID - 18964)[lat.] tib. Spazma və ya başqa səbəblər üzündən damarlarda qan cərəyanının kəsilməsi nəticəsində bədənin hər hansı bir üzvünün toxumalarında əmələ gələn ölgünlük. Infarkt olmaq. Ürək damarları infarktı.
|
İNFEKSİON (ID - 18965)sif. [lat.] İnfeksiyanın törətdiyi, yoluxucu. Infeksion xəstəliklər.
|
İNFEKSİYA (ID - 18966)[lat.] tib. Yoluxucu xəstəlik törədən mikroorqanizmin orqanizmə girməsi, yoluxma; mikrob.
|
İNFİNİTIV (ID - 18967)[lat.] bax məsdər.
|
İNFLYASİYA (ID - 18968)[lat.] iqt. Kağız pulların əmtəə tədavülü tələbindən artıq buraxılması nəticəsində qiymətdən düşməsi.
|
İNFORMASİYA (ID - 18969)is. [lat.] 1. Məlumatlar məcmusu.
2. İnformasiya anlayışlarından biri. |
İNFRAQIRMIZI (ID - 18970)[lat. infra və qırmızı]: infraqırmızı şüalar fiz. - spektrin görünən qırmızı kənarından daha uzağa yayılan gözlə görünməyən hissəsi. Raketdə .. Yerin və Yer atmosferinin infraqırmızı şüalarını müəyyən etmək üçün...
|
İNFRASƏS (ID - 18971)[lat. infra və səs] fiz. Havada və başqa mühitdə olub, insan qulağının qavraya bilmədiyi alçaq tezlikli titrəyişlər.
|
İNGİLİS (ID - 18972)is. İngiltərənin əsas əhalisini təşkil edən, Hind-Avropa dillərindən birində danışan xalq və bu xalqa mənsub adam.
|
İNGİLİSCƏ (ID - 18973)1. sif. və zərfi İngilis dilində. Ingiliscə kitab. Ingiliscə danışır. Ingiliscə azərbaycanca lüğət.
2. is. İngilis dili. Ingiliscəni yaxşı bilir. |
İNGİLİSPƏRƏST (ID - 18974)is. İngilis millətini, onun mədəniyyətini, adət və üsullarını sevən adam; İngiltərəyə və ingilislərə hüsnrəğbət bəsləyən adam.
|
İNGİLİSPƏRƏSTLİK (ID - 18975)is. İngiltərəyə, ingilis millətinə, onun mədəniyyət və adətlərinə pərəstiş etmə; ingilis pərəstişkarlığı.
|
İNHALYASİYA (ID - 18976)[lat.] tib. Buxar, qaz və ya toz halına salınmış dərman maddələri ilə nəfəs alma vasitəsilə yuxarı nəfəs yollarının müalicəsi. Təbabətdə ətirli yağlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Bunların bəzisi boğaz-burun...
|
İNHALYATOR (ID - 18977)[lat.] tib. 1. İnhalyasiya cihazı.
2. İnhalyasiya otağı. |
İNHALYATORİ (ID - 18978)[lat.] tib. İnhalyasiya otağı; inhalyasiya üçün xüsusi yer.
|
İNHİLAL (ID - 18979)is. [ər.] köhn. 1. Açılma (düyün).
2. Dağılma, bir-birindən ayrılma. |
İNHİRAF (ID - 18980)is. [ər.] 1. klas. Dönmə, sapma, kənara qaçma, başqa tərəfə meyiletmə, qaçma. Gər doğru isə vəfadə lafin; Məndən nə üçündür inhirafın? Füzuli.
2. xüs. Bir tərəfə meyil, istiqamətini dəyişmə, meyillənmə. Maqnit əqrəbinin... |
İNHİSAR (ID - 18981)is. [ər.] iqt. 1. Bir malı istehsal etmək və ya satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxsə, müəssisəyə, dövlətə məxsus olması; monopoliya. Xarici ticarət inhisarı. Neft inhisarı. Dövlət inhisarı.
2. İqtisadiyyatın... |
İNHİSARÇI (ID - 18982)1. sif. Təsərrüfatın hər hansı bir sahəsində inhisar hüququndan istifadə edən. Inhisarçı şirkətlər. Inhisarçı trestlər.
2. is. İnhisarçı kapital nümayəndəsi olan iri kapitalist. |
İNHİTAT (ID - 18983)is. [ər.] kit. 1. Düşmə, aşağı enmə, alçalma. Geri getmə, tənəzzül, düşkünlük. Bir müəyyən qanun üzrədir həyat; Bir doğuş, bir təkamül, bir inhitat. A.Səhhət. Ənisə islam mədəniyyətinin inhitatı səbəblərini araşdırıb...
|
İNİKAS (ID - 18984)is. [ər.] 1. Bir yerə dəyib geri qayıtma, əksetmə; surətin şüşəyə, suya və ya başqa parlaq bir şeyə dəyib orada əks olunması. Ayın dənizdə inikası. // Səsin dağa, qayaya və ya başqa bir maneəyə çarpıb oradan çıxmış kimi...
|
İNİLDƏMƏ (ID - 18985)“İnildəmək” dən f.is.
|
İNİLDƏMƏK (ID - 18986)f 1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir. - Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər....
|
İNİLDƏŞMƏ (ID - 18987)“İnildəşmək” dən f.is.
|
İNİLDƏŞMƏK (ID - 18988)qarş. İnildəmək, inilti səsi çıxarmaq, yazıq-yazıq mələmək (çoxları haqqında). Qoyunlar da toplaşıb inildəşdi, mələşdi, sanki əlibıçaqlı qəssabı görüb ağlaşdı. S.Rəhimov.
|
İNİLDƏTMƏ (ID - 18989)“İnildətmək” dən f.is.
|
İNİLDƏTMƏK (ID - 18990)icb. İnildəməsinə səbəb olmaq, zarıtmaq. // Çox əziyyət vermək.
|
Bu səhifə dəfə baxılıb