İMTİYAZSIZ (ID - 18841)sif Heç bir imtiyazı, xüsusi və müstəsna hüququ olmayan.
|
İMTİZAC (ID - 18842)[ər.] 1. Qarışma, qarışa bilmə, bir neçə maddənin qarışıb bir maddə əmələ gətirməsi. Kimyəvi imtizac.
Bir-birinə uyğun gəlmə, bir-biri ilə tutma, bir-biri ilə qaynayıb-qarışma; uyğunluq, ahəng. Rənglərin imtizacı.... |
İMZA (ID - 18843)is. [ər.] 1. Bir məktubun, sənədin və s.-nin altında öz dəst-xətti ilə adını və ya familiyasını yazma, qol çəkmə, qol qoyma; qol. Fəxrəddinin və Ələddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı. M.S.Ordubadi....
|
İMZALAMA (ID - 18844)“İmzalamaq” dan f.is.
|
İMZALAMAQ (ID - 18845)f Altında öz familiyasını (ya adını) yazmaq, öz imzasını qoymaq, qol çəkmək. Kərbəlayı Xəlil .. teleqrafçının verdiyi kağızı türkcə imzaladı və teleqrafçıya qaytararaq iki şahı dapul verdi. T.Ş.Simurq. Sərvərov əmri götürüb...
|
İMZALANMA (ID - 18846)“İmzalanmaq” dan f.is.
|
İMZALANMAQ (ID - 18847)məch. İmza edilmək, qol çəkilmək, qol qoyulmaq. Müqavilə imzalandı. - Əmrnamə yazılmış və Balacayev tərəfindən imzalanmışdı. S.Rəhimov.
|
İMZALANMIŞ (ID - 18848)f.is. İmza edilmiş, qol qoyulmuş, qol çəkilmiş. İmzalanmış qərar. İmzalanmış kağızlar. - [Sabirin] sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları “Molla Nəsrəddin “səhifələrində dərc...
|
İMZALATDIRMA (ID - 18849)“İmzalatdırmaq” dan f.vs..
|
İMZALATDIRMAQ (ID - 18850)b a x imzalatmaq.
|
İMZALATMA (ID - 18851)“İmzalatmaq” dan f.is.
|
İMZALATMAQ (ID - 18852)icb. Qol çəkdirmək, imza etdirmək. Baş mühasib .. içəri girdi, əlindəki sənədləri idarə müdirinə imzalatdırıb qapıya yaxınlaşırdı ki, Surxay soruşdu.. M.Süleymanov.
|
İMZALI (ID - 18853)sif Qol çəkilmiş, imzalanmış, imza ilə təsdiq edilmiş. İmzalı məktub. İmzalı sənəd.
|
İMZASIZ (ID - 18854)sif Altında imza olmayan, imza edilməmiş, qol çəkilməmiş. İmzasız məktublar.
|
İNABƏT (ID - 18855)is. [ər.] köhn. Tövbə, tövbə etmə.
|
İNAD (ID - 18856)1. sif Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət. - [Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq. [Böyükxanım:]...
|
İNADCIL (ID - 18857)b a x inadkar. Hər şeydə möhkəm, sözünün üstə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif cəhəti vardı: çox şorgöz idi. Ə.Abasov.
|
İNADCILLIQ (ID - 18858)bax inadkarlıq.
|
İNADÇI (ID - 18859)bax inadkar. [Mehribanın] nöqsanı yalnız savadsızlığı, eyni zamanda inadçı əsəbiliyi idi. S.Hüseyn.
|
İNADÇILIQ (ID - 18860)b a x inadkarlıq. Qaraca qızın təbiətində inadçılıq vardı.. Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. S.S.Axundov.
|
İNADEDİCİ (ID - 18861)bax inadkar.
|
İNADKAR (ID - 18862)sif. [ər. inad və fars. ...kar] İnad, inadcıl, tərs, dediyindən əl çəkməyən. Polis və qoşunun təzyiqinə baxmayaraq, qəhrəman və inadkar fəhlələr mədən dairəsindən çıxmadılar. M.S.Ordubadi. 0air ən inadkar bir çocuq kimi;...
|
İNADKARCASINA (ID - 18863)zərf Tərslik edərək, inad göstərərək, dediyindən əl çəkməyərək. Inadkarcasına demək. - Həbib Mədədin fikri ilə razı idi. Ancaq inadkarcasına öz sözlərini təkrar edirdi.. Ə.Vəliyev.
|
İNADKARLIQ (ID - 18864)is. 1. İnadkar adamın xasiyyəti; tərslik, inad. Inadkarlıq etmək. - Qızın inadkarlığı; Çox ağır gəldi ona. B.Vahabzadə.
2. Sözünün üstündə durma, əzmindən dönməmə; dəyanət, səbat. |
İNADLI (ID - 18865)sif. 1. Tərs, höcət, kəc, inadcıl, dediyindən əl çəkməyən. Mehriban inadlı bir qız idi. S.Hüseyn. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır(dı). Mir Cəlal....
|
İNADLILIQ (ID - 18866)is. 1. İnadlı adamın hal və keyfiyyəti; inadcıllıq.
2. İşində və ya sözündə dəyanət, möhkəmlik, dayanıqlıq, əzm. |
İNAQ (ID - 18867)is. tib. Uşaqlarda qırtlağın iltihabı. Inaq olmaq. □ İnaq(ını) vurmaq - keçmişdə xalq arasında: inaq olmuş uşağın başını yüngülcə çərtmək.
|
İNAQLI (ID - 18868)sif. İnaq xəstəliyinə tutulmuş. Inaqlı uşaq.
|
İNAUQURASİYA (ID - 18869)is. [ing.] Prezidentin rəsmən öz vəzifəsinə başlaması münasibəti ilə bağlı keçirilən mərasim.
|
İNAM1 (ID - 18870)is. 1. İnanma, etibar. Inam olmayan yerdə iman olmaz. (Ata. sözü). Ilk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq. İnamla şəklində zərf - bir şeyə ürəkdən inanaraq, özünə inanaraq, özünə güvənərək, əzmlə,...
|
İNAM2 (ID - 18871)[ər.] bax ənam. [Məstəli şah:] Xanım, divlərin əlmuzdunu, inamını kərəm edin! M.F.Axundzadə. □ İnam etmək (eyləmək) - bax ənam eləmək ("ənam”da). Inam edibən ona bəsi mal; Leyli tələbinə qaldı irsal. Füzuli. O ki...
|
İNAMLI (ID - 18872)sif İnamı olan, qətiyyətli, əmin, arxayın, xatircəm. Onun ilıq səsi, inamlı səsi; Şəfəqi, şöləsi, məhrəm nəfəsi; Mənə qüvvə verdi, gəzdim, dolandım.. Ə.Cavad. [Fərhadoğlu] ağır və inamlı addımla gəzib əlini yenə Əmiraslan...
|
İNAMSIZ (ID - 18873)sif İnamı olmayan, inanmayan, etibar etməyən.
|
İNAMSIZLIQ (ID - 18874)is. İnam olmama, etibar olmama; inam, etibar yoxluğu.
|
İNANDIRICI (ID - 18875)sif və zərf İnandıran, qaneedici, sübutlu, əsaslı, tutarlı. Inandırıcı dəlillər. Inandırıcı sübut. - C.Məmmədquluzadə Novruzəlilərin ürəkdağlayan, yazıq, ağır və köməksiz həyatlarını çox təbii və inandırıcı təsvir...
|
İNANDIRICILIQ (ID - 18876)is. Qaneedicilik, sübutluluq, əsaslılıq, tutarlılıq. Dəlillərin inandırıcılığı. Faktların inandırıcılığı.
|
İNANDIRILMA (ID - 18877)“İnandırılmaq” dan f.is.
|
İNANDIRILMAQ (ID - 18878)“İnandırmaq” dan məch.
|
İNANDIRMA (ID - 18879)“İnandırmaq” dan f.is.
|
İNANDIRMAQ (ID - 18880)f İnanmasına nail olmaq, inanmasına çalışmaq, birində bir şey haqqında inam yaratmaq; qane etmək. Haqlı olduğuna inandırmaq. Vəziyyətin düzələcəyinə inandırmaq.- Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı; Bihəmdüllah...
|
İNANIQLI (ID - 18881)b a x inandırıcı.
|
İNANILACAQ (ID - 18882)sif İnanıla bilən, doğru şey kimi qəbul edilə bilən; etibar edilə bilən. Inanılacaq adam deyil.
|
İNANILMA (ID - 18883)“İnanılmaq” dan f.is.
|
İNANILMAQ (ID - 18884)məch. Etibar edilmək; doğru deyə qəbul olunmaq, doğru nəzəri ilə baxılmaq.
|
İNANILMAZ (ID - 18885)sif İnanılması mümkün olmayan, etibar edilməz, ağlabatmaz. Bu sözlər əvvəlcə mənə inanılmaz (z.) göründü. M.Rzaquluzadə.
|
İNANILMAZLIQ (ID - 18886)is. İnanılması mümkün olmama, etibar edilə bilməmə.
|
İNANILMIŞ (ID - 18887)f.sif Etibarlı, etibar edilə bilən, etibara layiq. Inanılmış adam.
|
İNANMA (ID - 18888)“İnanmaq” dan f.is.
|
İNANMAQ (ID - 18889)f 1. Bir işin, sözün və s.-nin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq, yəqin etmək. Gülnaz çölə həmişə Laçınla yanaşı gedər, onun əlliayaqlı olduğunu görüb, bacarığına ürəkdən inanardı. M.Hüseyn....
|
İNANMALI (ID - 18890)sif. İnanılacaq, etibarlı, bel bağlamalı olan, sədaqətli. O, inanmalı adamdır. □ İnanmalı olmaq - inanmağa, qane olmağa, yəqin etməyə məcbur olmaq. Keçdiyimiz yerlərdəki vəziyyəti göz önünə gətirib bunlara inanmalı oldum....
|
Bu səhifə dəfə baxılıb