İzahlı lüğət

İNAM1

is. 1. İnanma, etibar. Inam olmayan yerdə iman olmaz. (Ata. sözü). Ilk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq. İnamla şəklində zərf - bir şeyə ürəkdən inanaraq, özünə inanaraq, özünə güvənərək, əzmlə, mətanətlə, qətiyyətlə, dönmədən. Inamla cavab vermək. Inamla irəliləmək. - O, sözlərini böyük bir inamla deyib qurtararkən sakit gözləri parıldadı. M.Hüseyn. Qəhrəman məktəbdə dərin bir inamla çalışır. S.Rəhimov. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed