İzahlı lüğət

İDARƏLƏNMƏ (ID - 18190)

"İdarələnmək” dən f.is.

İDARƏLƏNMƏK (ID - 18191)

f İdarə edilmək, hərəkəti, işi idarə olunmaq.

İDARƏLƏRARASI (ID - 18192)

is. Müxtəlif idarələr arasında olan, aparılan, cərəyan edən. İdarələrarası yazışma.

İDARƏLİ (ID - 18193)

sif 1. İdarə edəni, başçısı olan.
2. B a x idarəçi 2-ci mənada.

İDARƏOLUNAN (ID - 18194)

sif 1. Hərəkəti, işi idarə oluna bilən. İdarəolunan raket. İdarəolunan təyyarə. İdarəolunan mərmi.
2. qram. İdarə əlaqəsində tabe tərəf.

İDARƏSİZ (ID - 18195)

sif. 1. Rəhbəri, başçısı, idarə edəni olmayan. İdarəsiz ailə.
2. İsrafcıl, qənaətə riayət etməyən.

İDBAR (ID - 18196)

[ər.] 1. sif Çirkin, kifır, eybəcər. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. M.Ə.Sabir. Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç...

İDBARLIQ (ID - 18197)

is. Çirkinlik, kifirlik, eybəcərlik.

İDDƏ(T) (ID - 18198)

is. [ər.] köhn. din. Ərindən boşanan və ya əri ölən qadının təkrar ərə gedə bilməsi üçün şəriətcə gözləməli olduğu vaxt (100 gün). Şərəbanının iddəsi tamam olmamışdı, xalamgil getdilər, övrəti gətirdilər, əri...

İDDİA (ID - 18199)

is. [ər.] 1. Tələb. [Ağamərdan:] Siz də mənim yerimə razı olub, hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. M.F.Axundzadə. İddia etmək (eləmək)...

İDDİAÇI (ID - 18200)

is. 1. Birindən iddiası olan, bir şeyi istəməyə, tələb etməyə əsası olan adam.
2. Böyük iddiası olan adam, özü haqqında böyük fikirdə olub, bunun başqaları tərəfindən də qəbul edilməsinə çalışan adam.

İDDİALANMA (ID - 18201)

"İddialanmaq” dan f.is.

İDDİALANMAQ (ID - 18202)

f Təşəxxüslənmək, özünə güvənmək, lovğalanmaq.

İDDİALI (ID - 18203)

sif Özü haqqında böyük fikirdə olan, təkəbbürlü, təşəxxüslü, özünə çox güvənən, lovğa. Iddialı adam. Iddialı oğlandır. - Nə soxulmusan araya, a başı bəlalı fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?! M.Ə.Sabir....

İDDİALILIQ (ID - 18204)

is. Özü haqqında böyük fikirdə olma; mütəkəbbirlik, təşəxxüslük, lovğalıq, özünə çox güvənmə.

İDDİASIZ (ID - 18205)

sif 1. Heç bir iddiası, tələbi olmayan. Iddiasız qız. - Qaraş üzüyola, başıaşağı, söz qaytarmayan, həlim xasiyyətli idi. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan. M.Ibrahimov.
2. Sadə, təkəbbürsüz,...

İDDİASIZLIQ (ID - 18206)

is. 1. Iddiası, tələbi olmama.
2. Sadəlik, təkəbbürsüzlük, təvazökarlıq.

İDEAL (ID - 18207)

is. [fr.] 1. Ən yüksək məqsəd; qayə, amal. Yüksək ideallar uğrunda mübarizə. - Yazıçının yüksək idealı işıqlı bir ulduz kimi bizi irəliyə səsləyir. M.Arif. [Kərim xan Xavərə:] Mənim idealım gələcək gündür, biz o günə...

İDEALIST (ID - 18208)

is. [fr.] 1. Idealist fəlsəfə tərəfdarı. Idealist sistemlər. Fəlsəfə tarixində obyektiv idealist təlimlər ilk əvvəl Şərqdə meydana gəlmişdir. Həqiqəti ideallaşdıran, malik olmadığı sifətləri ona isnad edən adam: xəyalpərəst....

İDEALİSTCƏSİNƏ (ID - 18209)

zərf İdealist nəzəriyyə əsasında, idealist kimi, idealistə xas bir şəkildə. Məsələni idealistcəsinə izah etmək.

İDEALİSTLİK (ID - 18210)

is. İdealizm mahiyyətində olma, idealizmə aid olma, idealist ruhda olma; xəyalpərvərlik, xülyaçılıq.

İDEALİZƏ (ID - 18211)

[fr.]: idealizə etmək- bir şeyi, həqiqətdə olduğundan daha yaxşı bir şəkildə təsvir etmək, göstərmək; əsassız yerə şişirtmək, tərifləmək, ideal bir şey kimi qələmə vermək; ideallaşdırmaq. Axundov nəinki çarizmə, hətta...

İDEALIZM (ID - 18212)

is. [fr. əsli yun. ] 1. Ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsiplərindən çıxış edən fəlsəfi cərəyan. Obyektiv idealizm. Dialektik idealizm. Qədim dövr idealizmi. İdealizm şüuru təbiətdən təcrid...

İDEALLAŞDIRILMA (ID - 18213)

“İdeallaşdırılmaq’dan f.is.

İDEALLAŞDIRILMAQ (ID - 18214)

məch. İdealizə edilmək (bax idealizə).

İDEALLAŞDIRMA (ID - 18215)

“İdeallaşdırmaq” dan f.is.

İDEALLAŞDIRMAQ (ID - 18216)

f. İdealizə etmək (bax idealizə).

İDENTIK (ID - 18217)

sif. [lat.] Eyni, birmənalı.

İDEOQRAFİK (ID - 18218)

sif. dilç. İdeoqrafiyaya əsaslanan, ideoqrafıyaya aid olan. Ideoqrafik yazı.

İDEOQRAFİYA (ID - 18219)

[yun.] dilç. İdeoqramlar vasitəsilə yazı.

İDEOQRAM (ID - 18220)

[yun.] dilç. Bu və ya digər dildə səsləri deyil, bütöv məfhumu ifadə edən şərti yazı işarəsi.

İDEOLOGİYA (ID - 18221)

is. [yun.] İctimai şüurun müxtəlif formalarında - fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar sistemi; məfkurə. Milli ideologiya. Azərbaycançılıq ideologiyası....

İDEOLOJİ (ID - 18222)

sif. İdeologiyaya aid olan, ideologiya ilə bağlı olan; məfkurəvi. İdeoloji məsələ. İdeoloji mübarizə. İdeoloji iş. İdeoloji cəhətdən düzgün. - Çox tez bir zamanda “Molla Nəsrəddin” ideoloji, ədəbi sahədə .. demokratizmin...

İDEOLOQ (ID - 18223)

is. Hər hansı bir ictimai sinfın, qrupun, cərəyanın ideologiyasını ifadə və müdafıə edən adam. Proletariatın ideoloqları. Qərb ideoloqları.

İDEYA (ID - 18224)

[yun.] 1. İnsan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür.
Dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək,...

İDEYACIQ (ID - 18225)

isteh. “İdeya” dan kiç. Vecsiz, mənasız, boş ideya, fikir.

İDEYALI (ID - 18226)

sif. Qabaqcıl ideyası olan, bu ideyalar uğrunda mübarizə edən, bunları təbliğ edən, yayan. Yüksək ideyalı əsərlər. - İstər “Əhvalatlar “, istərsə “Poçt qutusu “dərin ideyalı, yüksək sənət əsərləridir. M.İbrahimov....

İDEYALILIQ (ID - 18227)

is. Yüksək, qabaqcıl ideyada olma. Milli ədəbiyyatın yüksək ideyalılığı. İncəsənət əsərlərində yüksək ideyalılıq uğrunda mübarizə.

İDEYASIZ (ID - 18228)

sif. İdeyası olmayan, ideyadan məhrum; prinsipsiz. İdeyasız əsər. // Məsləksiz, məfkurəsiz, qayəsiz.

İDEYASIZLIQ (ID - 18229)

is. Məfkurəsizlik, qayəsizlik, məsləksizlik.

İDXAL (ID - 18230)

is. [ər.] 1. Daxil etmə, daxil edilmə.
2. Bir ölkəyə başqa ölkələrdən mal gətirilməsi (ixrac müqabili). Xaricdən mal idxalı. Dərman maddələrinin idxalı. // Ölkəyə gətirilən malların ümumi miqdarı, yaxud ümumi dəyəri....

İDXALAT (ID - 18231)

is. [ər. “idxal” söz. cəmi] Bir ölkəyə başqa ölkələrdən gətirilən mal, məhsulat və s. (ixracat müqabili).

İDXALATÇI (ID - 18232)

is. xüs. Xaricdən mal gətirən. Idxalatçı dövlət.

İDİ (ID - 18233)

Qoşulduğu sözü keçmiş zamana bağlayaraq ona hekayə mənası verən bağlama. Onun bir məqsədi var idi. Mən dözməli idim. Bura sahil idi. Bərk çovğun idi. - Qızın paltarı qiymətli parçadan olmasa da, təmiz idi, səliqəli idi. M.S.Ordubadi....

İDİLLİK (ID - 18234)

sif. 1. əd. İdilliya mahiyyətində olan, idilliya tərzində olan. Idillik janr.
2. kin. İdilliyada olduğu kimi; dinc, sakit, qayğısız. ..Həyatı hər növ ziddiyyətdən uzaq və idillik halda təsvir etməyə çalışan yazıçı həqiqi,...

İDİLLİYA (ID - 18235)

[yun.] 1. əd. Kənd əhalisinin təbiət ağuşunda asudə və sakit həyatını təsvir edən kiçik poetik əsər. Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç epiqramdan ibarətdir....

İDİOM (ID - 18236)

is. [yun.] dilç. Yalnız müəyyən bir dilə xas olan və mənası tərkib hissələrini təşkil edən sözlərin ayrı-ayrılıqda götürülən mənası ilə düz gəlməyən, parçalanmayan söz birləşməsi; ifadə, ibarə, təbir; məs.: baş...

İDİOMATİK (ID - 18237)

sif İdiom xarakterində olan, idiomatikaya aid olan. Idiomatik ifadə.

İDİOMATİKA (ID - 18238)

dilç. 1. İdiomlar haqqında elm.
2. Bir dildə olan idiomların məcmusu. Azərbaycan dilinin idiomatikası.

İDİOT (ID - 18239)

[yun.] Anadangəlmə kəmağıl adam, gic.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed