İTALYAN (ID - 19741)is. İtaliyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Italyan musiqisi. Italyan operası. Italyan dili Roma imperiyasının süqutundan sonra, latın xalq dili zəminində inkişaf etmişdir.
|
İTALYANCA (ID - 19742)sif və zərf İtalyan dilində. Italyanca-rusca lüğət. Italyanca danışmaq. Italyanca söz sırası sərbəstdir. // is. İtalyan dili. Italyancanın başlıca fonetik və morfoloji xüsusiyyəti, əsasən, saitlə bitməsidir.
|
İTALYANÇILIQ (ID - 19743)is. köhn. Musiqi əsərlərində, əksəriyyətlə operada italyan musiqisi üsullarının tətbiqi.
|
İTARISI (ID - 19744)is. zool. Yuvasını yerdəki deşiklərdə quran bozaçalar rəngli arı növü.
|
İTBALIĞI (ID - 19745)is. zool. Uzunsov başlı, əti yeyilməyən balıq növü.
|
İT-BAT (ID - 19746)it-bat düşmək - itmək, yoxa çıxmaq, yox olmaq. It-bat eləmək - yox etmək, aradan götürmək, məhv etmək. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eynən Yusifi-Kənan. Istədi...
|
İTBAZ (ID - 19747)is. İt saxlamağı, itlə məşğul olmağı sevən adam. [Koxa:] Səlim bəy itbazdır, tazıları var; Hər səhər onları hey öpüb yalar. S.Rüstəm. [Məktubunda] yazırsan ki, qəsəbənizin əhalisi xoruzbazların, qoçbazların və itbazların...
|
İTBAZLIQ (ID - 19748)is. İt saxlama, itlə məşğul olma. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qoçbazlıq, bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski.
|
İTBOĞAN (ID - 19749)is. bot. bax novruzgülü. Itboğanın bəzi növləri dekorativ bitki kimi becərilir.
|
İTBURNU (ID - 19750)is. bot. Qızılgül fəsiləsindən tikanlı kol bitki və onun qırmızı meyvəsi. Itburnu kolu. Itburnu gülü. - Itburnu - qışda yarpağı tökülən, iki metrə qədər hündürlükdə, tikanlı koldur. May ayında çiçəklənir, meyvəsi vitaminlə...
|
İTÇİ (ID - 19751)is. İt saxlayan, it yetişdirməklə məşğul olan adam.
|
İTÇİLİK (ID - 19752)is. İt saxlamaqla, it yetişdirməklə məşğul olma.
|
İTDAMI (ID - 19753)is. 1. İt saxlanan yer.
məc. Qaranlıq, kiçik, yaşayışa yaramayan, natəmiz yer. Bura ev deyil, itdamıdır. |
İTDİRSƏYİ (ID - 19754)is. Kirpik diblərində piy vəzilərinin irinli iltihabı; sızanaq. Gözünə itdirsəyi çıxmaq. Itdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər.
|
İTƏBAXAN (ID - 19755)is. Ov və ya xidmət itlərinə baxan adam.
|
İTƏLƏYİCİ (ID - 19756)is. tex. İşləmə zamanı mexanizmin müəyyən hissələrinin vəziyyətini təkanla dəyişdirən qurğu.
|
İTƏLƏMƏ (ID - 19757)“İtələmək” dən fis.
|
İTƏLƏMƏK (ID - 19758)f 1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. [Əmiraslan:] ..Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov. Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov. [Ağca]...
|
İTƏLƏNMƏ (ID - 19759)“İtələnmək” dən f.is.
|
İTƏLƏNMƏK (ID - 19760)“İtələmək” dən məch.
|
İTƏLƏŞMƏ (ID - 19761)“İtələşmək” dən f.is.
|
İTƏLƏŞMƏK (ID - 19762)qarş. Bir-birini itələmək. Bəzi adamlar kəndin içində əyri-üyrü yolla qaçışır, bir çoxu yenə də bir-birinə toqquşub itələşir və həyətə doluşurdu. S.Rəhimov.
|
İTGƏ (ID - 19763)is. dan. Qızılquş və qırğı balalarına xalq arasında verilən ad.
|
İTXİYARI (ID - 19764)is. bot. Zibilli yerlərdə bitən, xiyara bənzər çoxillik yabanı bitki. Itxiyarı, yetişmiş meyvəyə toxunduqda saplağından qopur, içərisindəki acı maye ilə birlikdə toxumu ətrafa yayılır.
|
İTİ (ID - 19765)1. sif Yaxşı itilənmiş, kəskin, çox kəsici. Iti bıçaq. Iti balta. Iti ülgüc. Iti qılınc. // Ucu şiş, batıcı, deşici. Iti ox. Iti tikan. - . .Heç bir zaval görməyəcəyini [pişik] hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi....
|
İTİAXAN (ID - 19766)sif. Sürətlə axan, tez axan. Itiaxan çay.
|
İTİBAXIŞLI (ID - 19767)sif Baxışı kəskin, baxışından zirəklik, əzmkarlıq duyulan. Itibaxışlı oğlan. - ..Onların içində bir nəfər qarayanız, itibaxışlı, sakitduruşlu bir gənc vardı. Mir Cəlal.
|
İTİBUCAQ(LI) (ID - 19768)is. riyaz. İti bucağı olan həndəsi fiqur. // Buna oxşar hər hansı bir şey. Itibucaqlı daş.
|
İTİBURUN (ID - 19769)sif. Burnu sivri, şiş, iti. Itiburun adam. Itiburun çəkmə.
|
İTİBUYNUZ(LU) (ID - 19770)sif Buynuzu iti olan. Itibuynuzlu qoç. Itibuynuzlu çəpiş. - Biri var idi, biri yox idi, bir itibuynuz ala keçi var idi. (Nağıl).
|
İTİCƏ (ID - 19771)1. sif. Çox iti. Iticə bir bıçaq.
zərf Çox iti, çox sürətli. Iticə yerimək. |
İTİDƏMİR (ID - 19772)is. xüs. Aşılanacaq gönün, dərinin üzərindəki ət qalıqlarını təmizləmək üçün ağzıiti dəmir alət.
|
İTİDIRNAQLI (ID - 19773)sif. Dırnaqları iti, sivri olan. Itidırnaqlı quş. - Görsəydi havada itidırnaqlı; Yırtıcı dimdikli, qarmaqayaqlı; ..Vurardı başına ürəyindən qan. H.K.Sanılı.
|
İTİDİŞLİ (ID - 19774)sif Dişləri iti olan. Itidişli çarx. Itidişli it. - [Ana:] [Buğacı] itidişli qaplanlara qapdırdınsa, gizlətmə, de! M.Rzaquluzadə.
|
İTİK (ID - 19775)bax itki. Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar. (Ata. sözü). Bu böyük itik, bu kədərli faciə .. ata-balaya bir vurğun kimi təsir etdi. A.Şaiq. [Pəri:] [Mirzə] sənin axtardığın itik bizdə tapılmaz.
|
ITIYI (ID - 19776)itmiş - bir şeyi itmiş, bir şeyi itirmiş. [Hacı Səfiqulu Şamoya:] Əşi, buralar
da nə gəzirsən? - dedi, - itiyi itmiş adam kimi, xəlvəti-xəlvəti? S.Rəhimov. |
İTİGEDƏN (ID - 19777)sif. İti sürətli, çox sürətli gedən.
|
İTİGÖRƏN (ID - 19778)sif. Gözdən iti olan. İtigörən adam.
|
İTİGÖZ(LÜ) (ID - 19779)sif 1. Gözü iti, tez görən, ən incə şeyi görən. İtigözlü adam. - Onu, o itigözlü, girdə və gülərüzlü müəllimi kim tanımır, kim əzizləmir? Mir Cəlal.
2. məc. Sayıq, huşyar, həssas, diqqətli. |
İTİGÖZLÜLÜK (ID - 19780)is. İtigözlü adamın hal və keyfiyyəti; ən incə şeyi görmə qabiliyyəti.
|
İTİKÇİ (ID - 19781)is. İtiyini gəzən, axtaran adam. İtikçinin acığı dabanından çıxar. (Məsəl).
|
İTİKLİ (ID - 19782)sif Bir şey itirmiş, mühüm bir şeyi itmiş. [İlyas] vaqonlara girib itikli adamlar kimi hamını bir-bir nəzərdən keçirirdi. Mir Cəlal.
|
İTİLƏLƏK (ID - 19783)sif Lələkləri iti olan.
|
İTİLƏMƏ (ID - 19784)"İtiləmək” dən f.is.
|
İTİLƏMƏK (ID - 19785)f 1. Kəsici alətləri bülövə, çarxa, qayışa və s.-yə çəkməklə yaxşı kəsər hala gətirmək, kəskin etmək. Bıçağı itiləmək. Baltanı itiləmək. Qayçını itiləmək.
Usta Hüseyn əllərini ətəklərinə silib götürdü... |
İTİLƏNMƏ (ID - 19786)“İtilənmək” dən f.is.
|
İTİLƏNMƏK (ID - 19787)məch. İti hala gətirilmək, kəskinləşdirilmək. Burada xəncərlər sulanır, itilənir, hər cür tüfənglər yoxlanır.. Mir Cəlal.
|
İTİLƏŞDİRİLMƏ (ID - 19788)“İtiləşdirilmək” dən f.is.
|
İTİLƏŞDİRİLMƏK (ID - 19789)məch. Daha iti edilmək, daha kəsərli hala salınmaq.
|
İTİLƏŞDİRMƏ (ID - 19790)“İtiləşdirmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb