İzahlı lüğət

İXTİSARLAMAQ (ID - 18340)

f İxtisar etmək, azaltmaq, qısaltmaq.

İXTİSARLANMA (ID - 18341)

“İxtisarlanmaq” dan f.is.

İXTİSARLANMAQ (ID - 18342)

məch. İxtisar edilmək, azaldılmaq, qısaldılmaq.

İXTİSAS (ID - 18343)

is. [ər.] Elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi. O, mühəndis ixtisasını seçmişdir. - [Fərman] yenicə imtahan verərək, maşinist ixtisasını qazandığından sevinirdi.. Ə.Sadıq. // Xüsusi hazırlıq nəticəsində...

İXTİSASLANDIRILMA (ID - 18344)

“İxtisaslandırılmaq” dan f.is.

İXTİSASLANDIRILMAQ (ID - 18345)

bax ixtisaslaşdırılmaq.

İXTİSASLANDIRMA (ID - 18346)

“İxtisaslandırmaq” dan f.is.

İXTİSASLANDIRMAQ (ID - 18347)

bax ixtisaslaşdırmaq.

İXTİSASLANMA (ID - 18348)

“İxtisaslanmaq” dan f.is.

İXTİSASLANMAQ (ID - 18349)

f İxtisas əldə etmək, sənət öyrənmək.

İXTİSASLAŞDIRILMA (ID - 18350)

“İxtisaslaşdırılmaq” dan 1-ci mənada. f.is. Istehsalatın ixtisaslaşdırılması.

İXTİSASLAŞDIRILMAQ (ID - 18351)

məch. 1. Yalnız bir xüsusi sahədə işləmək və ya istifadə olunmaq üçün uyğunlaşdırılmaq, hazırlanmaq. Cərgələr arasını becərən traktorlardan istifadə edilməsi işi ixtisaslaşdırılmalıdır. “Pambıqçılıq”.
2. İxtisas...

İXTİSASLAŞDIRILMIŞ (ID - 18352)

f.sif. Yalnız müəyyən sahəyə xidmət etmək üçün uyğunlaşdırılmış, hazırlanmış, düzəldilmiş. Ixtisaslaşdırılmış mağaza.

İXTİSASLAŞDIRMA (ID - 18353)

“İxtisaslaşdırmaq” dan f.is. Ixtisaslaşdırma aparmaq.

İXTİSASLAŞDIRMAQ (ID - 18354)

f 1. Elmin və ya texnikanın hər hansı bir sahəsinə aid ixtisas vermək, bilik vermək, mütəxəssis etmək. Aspirantları yarımkeçiricilər sahəsində ixtisaslaşdırmaq. Tələbələri XIX əsr ədəbiyyatı sahəsində ixtisaslaşdırmaq....

İXTİSASLAŞMA (ID - 18355)

“İxtisaslaşmaq” dan f.is.

İXTİSASLAŞMAQ (ID - 18356)

f Müəyyən bir sahədə ixtisas qazanmaq; mütəxəssisləşmək. Neft üzrə ixtisaslaşmaq. Üzvi kimya sahəsində ixtisaslaşmaq. Lüğətçilik sahəsində ixtisaslaşmaq.

İXTİSASLI (ID - 18357)

sif Müəyyən sahədə ixtisası olan; təcrübəli. Ixtisaslı işçilər. Ixtisaslı kadrlar. - [Həyat:] Kolxoz.. başında ixtisaslı adamlar durmalıdır. M.İbrahimov. // Xüsusi bilik, hazırlıq tələb edən. Ixtisaslı əmək.

İXTİSASSIZ (ID - 18358)

sif Heç bir ixtisası olmayan, heç bir xüsusi hazırlıq keçməmiş. Ixtisassız işçi.

İXTİSASSIZLIQ (ID - 18359)

is. Heç bir ixtisası, xüsusi hazırlığı olmama.

İXTİYAR1 (ID - 18360)

is. [ər.] 1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. Ixtiyar özündədir. Öz ixtiyarı ilə. Ixtiyarına buraxmaq. // Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq,...

İXTİYAR2 (ID - 18361)

sif. [ər.] Qoca, yaşlı; pirani. Ixtiyar kişi. - Ixtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. M.S.Ordubadi. Mehribanın atası, ixtiyar bir adam olmasına baxmayaraq, çox da avam deyildi. S.Hüseyn. [Misxetdə] qonşum - bir...

İXTİYARAT (ID - 18362)

is. [ər. “ixtiyar” söz. cəmi] bax ixtiyar1

İXTİYARİ (ID - 18363)

İXTİYARİLİK (ID - 18364)

is. İxtiyari olma; öz iradə və arzusu ilə olma, baş vermə; qeyri-məcburilik, könüllülük, iradilik.

İXTİYARLAŞMA (ID - 18365)

"İxtiyarlaşmaq” dan f.is.

İXTİYARLAŞMAQ (ID - 18366)

f Qocalmaq, yaşa dolmaq.

İXTİYARLIQ (ID - 18367)

is. Qocalıq, piranilik. [Xəyyam:] Ixtiyarlıq nə uğursuz əngəl; Nə tühaf yetmişə gəlmiş də yaşım. H.Cavid.

İXTİYARSIZ (ID - 18368)

1. zərf Özündən asılı olmayaraq, özü istəmədən; qeyri-iradi, qeyriixtiyari. Ixtiyarsız ağlamaq. Ixtiyarsız demək. Ixtiyarsız gülmək. - Bostan əkdim xiyarsız; Günüm keçdi biyarsız; Yuxuda səni gördüm; Ayıldım ixtiyarsız. (Bayatı)....

İXTİYARSIZLIQ (ID - 18369)

is. Heç bir şeyə ixtiyarı, hüququ olmama; hüquqsuzluq.

İKEBANA (ID - 18370)

is. [yun.] 1. Gülbağlama sənəti.
2. Süni ağac və ya gül.

İKƏN (ID - 18371)

bağ. Qoşulduğu söz və ya tərkibdə çağ, zaman, yaxud hal-vəziyyət bildirir. Ol sərvin ayağı bağlı oldu; Azadə ikən adaqlı oldu. Füzuli. Tifli-məsum ikən günah etdin; Kəndi vicdanını təbah etdin. M.Ə.Sabir. [Murad] Nigarı daha...

İKİ (ID - 18372)

miqd. s. 1. Birdən sonra gələn ədəd 2. Iki dəfə iki. Dörddən iki çıxmaq. // Miqdarca iki bildirir. Iki kitab. Iki otaq. Iki qardaş. Iki yoldaş. - Söhbətin bu yerində çayçı Qurban iki stəkan limonlu çay gətirdi. H.Nəzərli. [Rəşid:]...

İKİADAMLIQ (ID - 18373)

sif. İki adam üçün olan, iki adam yerləşə bilən; ikinəfərlik. Ikiadamlıq çarpayı. Ikiadamlıq loja.

İKİADLI (ID - 18374)

sif İki ad daşıyan, iki adı olan.

İKİAGIZLI (ID - 18375)

İKİAKTLI (ID - 18376)

sif. b a x ikipərdəli.

İKİARŞINLIQ (ID - 18377)

sif İki arşın uzunluğunda olan.

İKİARVADLI (ID - 18378)

sif. köhn. İki arvadı olan, iki arvad saxlayan. [Zeynal] tamamilə ikievli, ikiarvadlı idi. S.Hüseyn. // İki qadın olan. Ikiarvadlı ev süpürülməmiş qalar. (Məsəl). // İs. mənasında. [Gülsabah Məşədi Qədimə:] Hələ orada da sənin...

İKİARVADLILIQ (ID - 18379)

is. köhn. İki arvadı olma, iki arvad saxlama. Məşədi Qədimin ikiarvadlılığı çoxdan deyildi. T.Ş.Simurq. [Ceyran] ümumiyyətlə, kənd kişilərini ikiarvadlılıqda töhmətləndirirdi. S.Hüseyn.

İKİATLI (ID - 18380)

sif İki at qoşulmuş. Ikiatlı araba. Ikiatlı fayton.

İKİATOMLU (ID - 18381)

sif kim. İki atomdan ibarət olan. Ikiatomlu birləşmə.

İKİAVARLI (ID - 18382)

sif İki avarı olan; qoşaavarlı. Ikiavarlı qayıq.

İKİAYAQLI (ID - 18383)

sif 1. İki ayağı olan.
2. məc. dan. İnsan mənasında epitet kimi işlənir. [Xortdan:] Tehranda bir nəfər ikiayaqlı qalmadı. Ə.Haqverdiyev.

İKİAYLIQ (ID - 18384)

sif 1. İki ay davam edən və ya davam etmiş. Ikiaylıq ezamiyyət. Ikiaylıq məzuniyyət. Ikiaylıq kurslar. // İki aydan bir nəşr olunan, çıxan (jurnal, qəzet və s).
2. Yaşı iki aydan ibarət olan. Ikiaylıq uşaq.

İKİBARMAQLI (ID - 18385)

sif Əlində, ya ayağında ancaq iki barmağı olan.

İKİBAŞA (ID - 18386)

zərf Hər iki tərəfə, hər iki başa. Maşını ikibaşa danışmaq.

İKİBAŞLI (ID - 18387)

sif 1. İki başı (ucu, qurtaracağı) olan. Ikibaşlı ağac. İki başı olan. Ikibaşlı heyvan. - [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, - deyib bağırırıq. A.Divanbəyoğlu....

İKİBƏNDLI (ID - 18388)

sif əd. İki bənddən ibarət olan. Ikibəndli şeir.

İKİBƏTNLILƏR (ID - 18389)

is. zool. Kisəli məməli heyvanlar ailəsindən kisəli siçanlar fəsiləsi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed