İzahlı lüğət

İXTİYAR2

sif. [ər.] Qoca, yaşlı; pirani. Ixtiyar kişi. - Ixtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. M.S.Ordubadi. Mehribanın atası, ixtiyar bir adam olmasına baxmayaraq, çox da avam deyildi. S.Hüseyn. [Misxetdə] qonşum - bir ixtiyar, əlil rus zabiti ilə tanış oldum. E.Sultanov. İxtiyar olmaq - qocalmaq. Ixtiyar olmuş könüllər oldular yeksər cavan; Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Ə.Qəmküsar. // İs. mənasında. Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi. C.Cabbarlı. Kəndin ixtiyar və ağsaqqalları yavaş-yavaş məscidə tərəf gedirdilər. S.Hüseyn. // məc. Qədim, dünyagörmüş. Ixtiyar dağların döşündə meşə; Qayalar yüksəkdən baxır keçmişə. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed