İzahlı lüğət

İNANMAZ (ID - 18891)

sif Heç bir şeyə inanmayan, inandırıla bilməyən. Inanmaz adam.

İNAYƏT (ID - 18892)

is. [ər.] klas. Mərhəmət, rəhm, iltifat, şəfqət, yaxşılıq. Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni! Füzuli. [Mələk:] Yarəb, azacıq lütfü inayət! Qəhr olmada artıq bəşəriyyət. H.Cavid....

İNCƏ (ID - 18893)

sif 1. Zərif işlənmiş, nəfis, qəşəng. Incə qolbaq. Incə naxış. - Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. C.Məmmədquluzadə. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər...

İNCƏBEL(Lİ) (ID - 18894)

sif Beli nazik, zərif. Incəbel qız. - Nigar xanım qabaqda, qırx incəbel qız da dalda dükana tərəf gəlirdi. “Koroğlu”. Böyük qız ucaboylu, incəbelli .. bir gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Bir azdan xurmayı saçlı, incəbel,...

İNCƏDƏN-İNCƏYƏ (ID - 18895)

İNCƏLƏNMƏ (ID - 18896)

“İncələnmək” dən f.is.

İNCƏLƏNMƏK (ID - 18897)

bax incələşmək.

İNCƏLƏŞDİRİLMƏ (ID - 18898)

“İncələşdirilmək” dən f.is.

İNCƏLƏŞDİRİLMƏK (ID - 18899)

məch. Daha incə, daha zərif edilmək; nazikləşdirilmək.

İNCƏLƏŞDİRMƏ (ID - 18900)

“İncələşdirmək” dən f.is.

İNCƏLƏŞDİRMƏK (ID - 18901)

f Daha incə, daha zərif etmək; nazikləşdirmək.

İNCƏLƏŞMƏ (ID - 18902)

“İncələşmək” dən f.is.

İNCƏLƏŞMƏK (ID - 18903)

f 1. Get-gedə incə olmaq, zərifləşmək. Qız böyüdükcə incələşirdi.
Mənalı səslərinlə, şerim, incələş; Bir kaman kimi. M.Müşfiq.
2. Getdikcə nazikləşmək, daralmaq. Bir neçə gündən sonra Telli balkonda durub getdikcə...

İNCƏLƏTDİRMƏ (ID - 18904)

“İncələtdirmək” dən f.vs.

İNCƏLƏTDİRMƏK (ID - 18905)

bax incələtmək.

İNCƏLƏTMƏ (ID - 18906)

“İncələtmək” dən f.is.

İNCƏLƏTMƏK (ID - 18907)

icb. Daha da incə, zərif etmək; naziklətmək.

İNCƏLİK (ID - 18908)

is. 1. Zəriflik, nəfislik, qəşənglik, gözəllik. Dərinin incəliyi. Naxışın incəliyi. - Bu sənətdə işlənilən incəlik; Yalnız qadınlara məxsus nemətdir. A.Şaiq. Səni kim yaratdı böylə alyanaq; Kiçik yarpağında incəliyə bax!...

İNCƏLMƏ (ID - 18909)

“İncəlmək” dən f.is.

İNCƏLMƏK (ID - 18910)

f 1. Arıqlamaq, zəifləmək, üzülmək. Füzuli zülfünə bağlandı, əmma öndə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan; Incəldi uşağım. M.Ə.Sabir. // Nazikləşmək,...

İNCƏLTMƏ (ID - 18911)

“İncəltmək” dən fis

İNCƏLTMƏK (ID - 18912)

f 1. Daha incə bir hala salmaq.
Arıqlatmaq, zəiflətmək, üzmək, incəlməsinə səbəb olmaq. Az qala ki, sənin həsrətin bizi; Incəldibən üzə, qurban olduğum. M.P.Vaqif. Ay nazənin, dərdin mənim canımı; Az qalıb incəldə, ay...

İNCƏSƏNƏT (ID - 18913)

is. Obyektiv varlığın bədii surətlərdə yaradıcı surətdə əks etdirilməsi, bədii yaradıcılıq fəaliyyəti, gözəl sənətlər, nəfis sənətlər. Incəsənət əsərləri. XIX əsr incəsənəti. Incəsənət muzeyi. Incəsənət xadimləri....

İNCƏVARA (ID - 18914)

ara s. məh. Yaxşı ki, xoşbəxtlikdən. Dedim ki, pristava xəbər verəcək, .. incəvara, olmadı. S.Rəhimov. Bu hiyləgər hərif incəvara, köhnə adamları aldada bilirdi.. E.Sultanov.

İNCİ (ID - 18915)

is. 1. Bəzi molyuskların balıq-qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. // Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). Nə...

İNCİBALIĞI (ID - 18916)

is. zool. Sazan fəsiləsindən pullu kiçik balıq.

İNCİÇİÇƏYİ (ID - 18917)

is. bot. Xırda ağ çiçəkləri olan ətirli çoxillik bitki (dərman bitkisi kimi istifadə olunur).

İNCİDİLMƏ (ID - 18918)

“İncidilmək” dən f.is.

İNCİDİLMƏK (ID - 18919)

məch. 1. Əziyyət verilmək, əzab verilmək.
Küsdürülmək, ürəyi sındırılmaq. [Aqil] Gülnazın kimin tərəfindən isə incidildiyini güman edib dalınca yüyürdü. Q.İlkin.

İNCİK (ID - 18920)

sif İncimiş, küsmüş, rəncidə, ürəyi sınmış. İncik baxış. İncik sual. - Tükəz qarı incik səsini ucaltdı. S.Rəhimov. // Zərf mənasında. Şirzad Pərşanın belə incik ayrılıb getməsindən qorxdu. M.İbrahimov. [Maral və Kəyan]...

İNCİKLİ (ID - 18921)

b a x incik. Zinhar, şikayət etmə məndən; İncikli hekayət etmə məndən! Füzuli.

İNCİKLİK (ID - 18922)

is. İncimə, küsü, aradəymə, küsüşmə, narazılıq. [Dəlilər] yedilər, içdilər, keflər kökəldi, damağlar cağ oldu, inciklik yaddan çıxdı. “Koroğlu”. Mirzə Süleyman atasını çox sevirdi və sağ olan vaxtında nə qədər...

İNCİL (ID - 18923)

is. [ər.] Bibliyanın, İsanın həyat və təlimi haqqındakı əfsanələrdən bəhs eləyən və xristian dininin əsasını təşkil edən hissəsi. Bu əməl harda yazılıb? İncilə, Qurana baxın! Aşıq Ələsgər. [Dərviş Şeyx Sənana:]...

İNCİLMƏK (ID - 18924)

bax incə1mək. Əzizim, ay incilər; Yox sizə tay, incilər; Sənə baxan gözlərim; Günü-gündən incilər. (Bayatı).

İNCİMƏ (ID - 18925)

“İncimək” dən f.is.

İNCİMƏK (ID - 18926)

f 1. Əziyyət çəkmək, ağrı hiss etmək. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. [Şeyx Səlim] ..varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi. İncimiş,...

İNCİNAR (ID - 18927)

[rus. injener sözünün canlı dildə təhrif edilmiş forması] bax mühəndis. İncinar oldu Qasım bəy, bizə çox verdi əzab; Həq evin yıxsın onun, etdi bizi xanəxərab. S.Ə.Şirvani. [Sultan bəy:] Yoxsa bu incinar-mincinar, doxtur-moxtur,...

İNCİNARLIQ (ID - 18928)

[“injener” sözündən] bax mühəndis1ik. İncinarlıq özü bir elmdi, bihəddü hesab. S.Ə.Şirvani.

İNCİNMƏK (ID - 18929)

klas. bax incimək. Gerçək möhübbə cövrü cəfa çünki yar edər; Neyçün cəfadan incinə, qəmdən məlul ola. Nəsimi. Incinmə ki, səndən oldu təqsir. Məsihi. Məndən incinibdir ol üzü alım; Heç bilmənəm könlün ta nə ilə alım....

İNCİŞMƏ (ID - 18930)

“İncişmək” dən f.is.

İNCİŞMƏK (ID - 18931)

qarş. Bir-birindən incimək, küsüşmək, araları dəymək.

İNCİTMƏ (ID - 18932)

“İncitmək” dən f.is.

İNCİTMƏK (ID - 18933)

f 1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək. Nəbi özündən sonra Mehdini incidəcəklərini düşünür. “Qaçaq Nəbi”. // Yormaq, əldən salmaq, üzmək. Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! “Koroğlu”.
Ağrıtmaq,...

İNDEKS (ID - 18934)

[lat.] 1. Bir şeyin adları yazılmış siyahısı; adlar siyahısı. Çıxmış kitabların indeksi. Malların indeksi.
iqt. Hər hansı bir iqtisadi hadisənin ardıcıl dəyişmələrini faizlə ifadə edən rəqəm göstəricisi. Əmək məhsuldarlığı...

İNDEKSLİ (ID - 18935)

sif İndeksi olan.

İNDETERMİNIST (ID - 18936)

[lat.] fəls. İndeterminizm tərəfdarı.

İNDETERMİNIZM (ID - 18937)

[lat.] fəls. Təbiət və cəmiyyətdə baş verən hadisələrin qanunauyğunluğunu və səbəbiyyətini inkar, insan iradəsinin mütləq “azadlığını”, yəni onun heç bir şeydən asılı olmadığını iddia edən idealist görüş.
İNDƏN:...

İNDİ (ID - 18938)

zərf 1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. Indi gəldi. Indi gedəcəyəm. Görəsən, indi o haradadır? - Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani. Dedi xatun ki: - Söylə, ey fərzənd;...

İNDİCƏ (ID - 18939)

zərfi Bu saat, bu dəqiqə, bu anda. İndicə getdi. İndicə gələr. İndicə yola saldım. - [Cəlal:] Yox, canım, - dedi, - kişinin babalın yumayın. İndicə küçədə rast gəldik. Çəmənzəminli. Biçarə muzdurun damarları qurudu ki, indicə...

İNDİDƏN (ID - 18940)

zərfi 1. Bu vaxtdan, bu andan, bu gündən, bu dəqiqədən, qabaqcadan. İndidən hazırlıq görmək lazımdır. - Rüstəm kişi elə indidən müavini itaətdə saxlamağı qərara aldı. M.İbrahimov. // Fürsət varkən, imkan varkən, nə qədər...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed