İNDİzərf 1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. Indi gəldi. Indi gedəcəyəm. Görəsən, indi o haradadır? - Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani. Dedi xatun ki: - Söylə, ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. // Bu saat, tez. Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr; Düşmən gəldi, indi gör; Başıma nələr gələr. (Bayatı). [Əsgər Gülçöhrəyə:] ..Indi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. U.Hacıbəyov. Indi nazirlər qarşı-qarşıya oturmuşdu. S.Hüseyn. // Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. Indi mən o adam deyiləm. Indi o çox ağıllanmışdır. Indi adam lazımdır ki, bu işi boynuna götürsün.
Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. Indi o biri söhbətə keçək. Indi mən sizi yeni əsərlərlə tanış edəcəyəm. □□ İndi də - 1) hələ də. [Səmirə:] Bu zəifliyim üçün indi də özümü danlayıram. M.Hüseyn; 2) indi, bu dəfə. Indi də onun sözlərində elə bir məna görməyən qızlar cavab qaytarmadılar. İ.Hüseynov. İndi ki bir halda ki, madam ki, əgər. Indi ki sən gedirsən, mən getmirəm. - [Yaşlı kişi:] Indi ki sən sözündə israr edirsən, get, özünü imamın qəbrinə bağlayıb, Çopur üçün ağla, dedim. S.Hüseyn. [Gülçöhrə:] Ay ata, indi ki sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. U.Hacıbəyov. indi-indi zərfi Yenicə, təzəcə, lap bu saat. Tamaşaçılar indi-indi zala yığılmağa başlamışlar. - Məryəm indi-indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. C.Cabbarlı. Camaat indi-indi dağdan-daşdan qayıdır. Ə.Məmmədxanlı. İndi-indi atasının təklifi .. [Rübabəni] odlandırır, təhqir edirdi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|