İNCƏLİKis. 1. Zəriflik, nəfislik, qəşənglik, gözəllik. Dərinin incəliyi. Naxışın incəliyi. - Bu sənətdə işlənilən incəlik; Yalnız qadınlara məxsus nemətdir. A.Şaiq. Səni kim yaratdı böylə alyanaq; Kiçik yarpağında incəliyə bax! N.Rəfibəyli. // Naziklik. Belin incəliyi. Parçanın incəliyi. Ən xırda təfərrüat, bir şeyin ən spesifik cəhəti və ya cəhətləri (bu mənada çox vaxt cəm şəklində işlənir). Riyaziyyatın incəlikləri. - Qorki insan qəlbinin incəliklərini böyük həssaslıqla duyub, məharətlə ifadə etməyi bacaran bir sənətkar idi. R.Rza. Onlar Teymurun xasiyyətindəki bütün incəliklərə bələd olmuşdular. H.Seyidbəyli.
Riqqət, şəfqət. Bir şeylər söyləyir, onun sözündə; Könül bir incəlik duyar axşamlar. Ə.Cavad. Icazə versəniz danışaram mən; O qız xəyalının incəliyindən. S.Vurğun. Paylaşın - Hamı bilsin
|