İNVARİANT (ID - 19141)is. [lat.] Düşdüyü mühitdən asılı olmayan.
|
İNVENTAR (ID - 19142)[lat.] 1. Bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlığın, ləvazimatın və s.-nin məcmusu. Kənd təsərrüfatı inventarı. Xəstəxana inventarı. Zavod inventarı.
2. Həmin ləvazimatın, avadanlığın siyahısı. Inventar... |
İNVENTARİZASİYA (ID - 19143)[lat.] Siyahıyaalma, siyahıyaalınma, inventara daxil etmə (edilmə). Inventarizasiya siyahısı. Inventarizasiya komissiyası. // Hər hansı müəssisəyə, idarəyə, təşkilata məxsus olan şeylərin yerində olub-olmadığını hesablama və...
|
İNVERSİYA (ID - 19144)[lat.] dilç. ədəb. Qrammatik hadisə və ya üslubi üsul olaraq, cümlədə sözlərin adi sırasının dəyişdirilməsi.
|
İNYEKSİYA (ID - 19145)[lat.] tib. Dəri altına iynə ilə dərman yeritmə.
|
İNZİBATÇI (ID - 19146)is. İdarə edən, idarə başçısı; özünə tabe olan idarə və ya müəssisədə yaxşı nizam və intizam yaratmış müdir. Nəriman onu inzibatçı kimi tanımışdı. Mir Cəlal. [Zakir] yaxşı bir mühəndis olmaqla bərabər, yaxşı da inzibatçıdır....
|
İNZİBATÇILIQ (ID - 19147)is. Konkret rəhbərlik əvəzinə quru əmr və sərəncam verməklə idarə etmə. [Qəhrəman:] Qəti surətdə inzibatçılığa, hay-küyə yol vermək olmaz. Ə.Vəliyev.
|
İNZİBATİ (ID - 19148)sif 1. Nizam-intizama aid olan, nizam və intizamı nəzərdə tutan qanunlara uyğun olan, bir idarənin intizam qanunlarına tabe edilən. Inzibati tədbirlər. Inzibati cəza. □ İnzibati yolla hüq. - icra orqanlarının sərəncamı ilə. Inzibati...
|
İNZİVA (ID - 19149)is. [ər.] klas. Xəlvət bir yerə çəkilib adamlardan uzaqlaşma, xarici aləmlə əlaqəsini kəsmə. □ İnzivaya çəkilmək bir guşəyə çəkilib, dünya ilə əlaqəsini kəsmək. [Süleyman] deyərdi ki, rəvayətə görə, .. onun övladından...
|
İON (ID - 19150)is. [yun.] fiz. Elektriklə yüklənmiş atom və ya atom qrupu.
|
İONİZASİYA (ID - 19151)[yun.] bax ionlaşma və ionlaşdırma.
|
İONLAŞDIRICI (ID - 19152)sif fiz. İon əmələ gətirən, ionun meydana gəlməsinə səbəb olan. Ionlaşdırıcı amil.
|
İONLAŞDIRILMA (ID - 19153)"İonlaşdırılmaq” dan f.is. ..Havanın süni ionlaşdırılmasına, ondan profilaktika və müalicə məqsədləri üçün istifadə olunmasına maraq artmışdı. (Qəzetlərdən).
|
İONLAŞDIRILMAQ (ID - 19154)məch. fiz. İon əmələ gətirilmək.
|
İONLAŞDIRMA (ID - 19155)“İonlaşdırmaq” dan f.is.
|
İONLAŞDIRMAQ (ID - 19156)f fiz. İon əmələ gətirmək, ion doğurmaq, ion törətmək. Qazı ionlaşdırmaq. Havanı ionlaşdırmaq.
|
İONLAŞMA (ID - 19157)is. fiz. Hər hansı mühitdə ionların meydana gəlməsi. Qazların ionlaşması.
|
İONLU (ID - 19158)sif. fiz. İonu olan. İonlu reaksiya.
|
İP (ID - 19159)is. 1. Uzun pambıq, kətan, yun və s. liflərindən eşilib hazırlanan və əsasən bağ kimi işlədilən məmul. İplə bağlamaq. Tayları iplə sarımaq. - [Ağa:] Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub,...
|
İPÇİN (ID - 19160)bax ifçin.
|
İPƏK (ID - 19161)1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta - hər şeyim var. U.Hacıbəyov. Bir yığın...
|
İPƏKAÇAN (ID - 19162)bax ipəkəyirən. İpəkaçan zavodlarda əvvəlcə baramaların üzərində olan tiftikləri, sonra isə nazik ucları ayırırlar. “Əmtəəşünaslıq”. [Qonça:] Rəştdə ipəkaçan dəzgahımız vardı. S.Hüseyn.
|
İPƏKÇİ (ID - 19163)1. is. İpəkçilik mütəxəssisi, baramaçılıq mütəxəssisi; baramaçı.
köhn. İpək satan, ipək taciri. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xalçaçılar, ipəkçilər .. də az deyildi. H.Sarabski. Sif. mənasında.... |
İPƏKÇİLİK (ID - 19164)is. 1. Barama qurdundan ipək hasil etmə işi; baramaçılıq. İpəkçiliklə məşğul olmaq. - [Qonça:] [Ataş] ipəkçiliklə məşğul olurdu. S.Hüseyn. Burada [Rəştdə] ipəkçilik geniş yayılmışdır. M.İbrahimov.
2. Bu işlə məşğul... |
İPƏKƏYİRƏN (ID - 19165)sif İpəyi açan, ayıran, təmizləyən. Ipəkəyirən maşın.
|
İPƏKXANA (ID - 19166)is. köhn. İpək karxanası, ipək emalatxanası.
|
İPƏKQURDU (ID - 19167)bax baramaqurdu. Ipəkqurduları böyüyüb yaşa çatdıqdan sonra, ipək sarımaq üçün tel buraxmağa başlayırlar. A. Quliyev.
|
İPƏKLİ (ID - 19168)sif İpək qarışığı olan, içərisində ipək olan. Ipəkli parça.
|
İPƏKTOXUYAN (ID - 19169)sif İpəkdən parça toxuyan. Ipəktoxuyan maşın. - ..Ipəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır. S.Rəhman.
|
İPƏYATMAZ (ID - 19170)sif və is. Heç bir üsul və qaydaya, nizam və intizama uyuşmayan, heç bir nəsihət və söz qəbul etməyən (adam), tərs (adam).
|
İPƏYATMA(MA)ZLIQ (ID - 19171)is. İpəyatmaz adamın hal və keyfiyyəti; tərslik.
|
İPƏYİRƏN (ID - 19172)sif İpi açıb təmizləyən və əyirən. Ipəyirən maşın.
|
İPLƏMƏ (ID - 19173)1. is. dan. Dəlisov, dəlibaş, dəli. Ipləmənin biridir. O, lap ipləmə imiş. // Sif. mənasında. Zəncirlə, iplə bağlanmalı olan; zəncirləmə. Ipləmə dəli.
2. “İpləmək” dən f.is. |
İPLƏMƏK (ID - 19174)f İplə bağlamaq, iplə sarımaq. Yükü ipləmək. Yeşiyi ipləmək.
|
İPLİK (ID - 19175)is. 1. Pambıq lifindən hazırlanan möhkəm, davamlı sap. Pambıq iplik. - Uşağın iki əlinin baş barmaqlarını iplik ilə birbirinə bağlayıb sonra ipliyi kəsirlər. Ə.Haqverdiyev. [Ayna:] Budur, boyatmaq üçün iplik aparıram. Ə.Məmmədxanlı....
|
İPLİKXANA (ID - 19176)is. İplik karxanası, iplik fabriki.
|
İPLİKLİ (ID - 19177)sif Xalis yun deyil, iplik qarışığı olan, iplik qarışıq toxunmuş. Iplikli parça.
|
İPOTEKA (ID - 19178)is. Müavinət, girov qoyulmuş əmlak.
|
İPPODROM (ID - 19179)is. [yun.] Cıdır meydanı.
|
İPRƏNMƏK (ID - 19180)f İyrənmək, kiməsə, nəyəsə nifrət etmə.
|
İPRİT (ID - 19181)[Belçikada İprit şəhərinin adından] kim. Xardal qoxuyan zəhərli qaz; dəridə irinli yara əmələ gətirən və orqanizmi bütünlüklə zəhərləyən davamlı zəhərləyici maddələrdən biri.
|
İPSİZ (ID - 19182)sif 1. Başına ip salınmamış, başı iplə bağlanmamış, açıq buraxılmış.
məc. dan. Öz hərəkətlərində həddhüdud bilməyən qaba, qanmaz adam haqqında. Ipsizin biridir. |
İPVARİ (ID - 19183)sif İpə oxşar, ip kimi.
|
İRAD1 (ID - 19184)is. [ər.] Söyləmə, demə, danışma. İrad eləmək (etmək) - demək, söyləmək. Ingiltərə vaizi Ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qisimdir. C.Məmmədquluzadə. [Xarrat:] Əfəndim, irad etdiyim bu...
|
İRAD2 (ID - 19185)is. [ər.] Nöqsan, kəsir, eyib, qüsur. İrad eləmək (tutmaq, saymaq) - nöqsan tutmaq, kəsrini, eybini demək. Hicran edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. X.Natəvan. ..Böyüklərə irad tutmaq özü bir...
|
İRADCIL (ID - 19186)sif Hər şeyə irad tutmağı, irad tapmağı sevən. Iradcıl adam.
|
İRADÇI (ID - 19187)sif Hər şeyə irad tutan, hər şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalışan. Iradçı adam.
|
İRADÇILIQ (ID - 19188)is. Hər şeydə irad tutma, hər şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalışma.
|
İRADƏ (ID - 19189)is. [ər.] 1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. Iradə qüvvəsi. Iradə zəifliyi. [Doktor:] ..Hər...
|
İRADƏLİ (ID - 19190)sif. Möhkəm iradəyə, xarakterə sahib olan (bax iradə 1-ci mənada). Iradəli oğlan. - [Günəş] nəzakətli, ciddi və iradəli bir qadın olmuşdu. A.Şaiq. Zeynəb .. ədəbiyyatımızda yaranmış iradəli qadın surətlərindəndir. M.İbrahimov....
|
Bu səhifə dəfə baxılıb