İLDƏN-İLƏ (ID - 18640)zərfi Hər il keçdikcə, getdikcə. Vətənimizin qüdrəti ildən-ilə artır.
|
İLDIRIM (ID - 18641)is. Havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısı. Ildırım çaxmaq. Ildırım vurmaq. - [Almaz:] Bax gör, ildırım necə vurur! C.Cabbarlı. Eyni anda ildırım. çaxıb sel-su axan çölü gündüz...
|
İLDIRIMLI (ID - 18642)sif. 1. Çox vaxt ildırım çaxan. Ətəyində dalğalanan heyvanlar; Ildırımlı dağlar, çöllər bizimdir! A.Şaiq. Çoban Fər
zəlidən əli üzülən, Dəli dağın ildırımlı gecəsini xatırlayan Alagöz hıçqıra-hıçqıra otağın... |
İLDIZ (ID - 18643)b a x ulduz.
|
İLDÖNÜMÜ (ID - 18644)is. Hər hansı bir tarixi və b. hadisədən daha bir il keçdiyini göstərən gün. Müharibənin ildönümü. Şairin ölümünün ildönümünə həsr olunmuş gecə.
|
İLƏ (ID - 18645)(ixtisarı ...la, ...lə) qoş. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılıb aşağıdakı mənalarda işlənir:
a) vasitə mənası bildirir. Qarovulçu, kvadrat şəkilli bir taxta... |
İLƏLƏBƏD (ID - 18646)zərf [ər.] 1. Həmişə, daima, nəhayətsiz, sonsuz olaraq.
|
İLƏN (ID - 18648)“İlə” sözünün qədimi forması. Aşıq gəlir saz ilən; Ordək ilən qaz ilən; Yar məni yola saldı; Evdən ərkinaz ilən. (Bayatı). Çox baxdığına, qəmzə ilən bağrın əzərsən; Hər kimə ki baxmazsan, onunla nəzərin var. Füzuli....
|
İLƏRİ (ID - 18649)bax irəli. [Balaqardaş:] Kababdan iləri bir az çörək-pendir.. gətir, qoçaq! N.Vəzirov. Mən də evdən apardığım saxsı çanağı iləri sürdüm. M.S.Ordubadi. Bu dəfə köksünü vermiş iləri. S.Vurğun.
|
İLGƏK (ID - 18650)is. 1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. Fabrikdə işləyən qızlar hər düyməni, hər ilgəyi diqqətlə...
|
İLGƏKLƏMƏ (ID - 18651)“İlgəkləmək” dən f.is.
|
İLGƏKLƏMƏK (ID - 18652)f İlgək vurmaq, ilgək açmaq.
|
İLGƏKLƏNMƏ (ID - 18653)“İlgəklənmək” dən f.is.
|
İLGƏKLƏNMƏK (ID - 18654)f İlgək tikilmək, ilgək vurulmaq, ilgək açılmaq. Köynəyin yaxası ilgəklənib.
|
İLGƏKLİ (ID - 18655)sif 1. İlgəyi olan. İlgəkli yaxa.
2. Halqa şəklində düyünlənmiş. İlgəkli ip. - Kapitanın yanındakı qarabuğdayı uşaq qayığın baş tərəfindəki ucu ilgəkli uzun və yoğun kəndiri kəmənd kimi atdı və dairəyə keçirdi.... |
İLGƏKŞƏKİLLİ (ID - 18656)sif İlgəyə oxşar, ilgək kimi.
|
İLGƏKVARİ (ID - 18657)bax ilgəkşəkilli.
|
İLGAR (ID - 18658)is. qəd. Ansızın hücum, basqın, düşmən torpağına süvari hücumu. □ İlğar etmək - ansızın hücum etmək, basqın etmək. ..Cərrah ibni-Əbdüllah iyirmi beş min nəfər ləşkər ilə üzərinizə ilğar edirlər, qafil olmayasınız....
|
İLGIM (ID - 18659)is. məh. Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi; sərab. Bizim Əmirxan da ilğımlar kimi; Gah gözə görünür, gah qaçır gözdən. S.Vurğun. Mən ilğımın nə olduğunu coğrafiya dərsində...
|
İLHAQ (ID - 18660)is. [ər.] Bitişdirmə, birləşdirilmə, qatma, qatılma; əlavə etmə, əlavə edilmə; qoşma, qoşulma. □ İlhaq etmək - birləşdirmək, bitişdirmək, qatmaq. İlhaq edilmək (olunmaq) - birləşdirilmək, qatılmaq. Xəlifə Qızıl Arslanın...
|
İLHAQÇI (ID - 18661)is. Zorla bitişdirən, qəsbkar, qəsbkarlıq siyasəti yeridən.
|
İLHAM (ID - 18662)is. [ər.] 1. Yaradıcılıq zamanı özünü göstərən ruhlanma halı, yaradıcı fikrin yüksəlişi; ruhlanma, təb. Baxdıqca nur əmən bu yeni elə; Sənətin ilhamı açar qolqanad. A.Şaiq. Mən ilhamı bir dost kimi; Imdadıma çağırmışam....
|
İLHAMÇI (ID - 18663)is. İlham verən, ruhlandıran, şövqləndirən, ruh və yaradıcılıq qüvvəsi verən şəxs. Odur ilhamçısı şerin, sənətin.. S.Vurğun.
|
İLHAMLANDIRMA (ID - 18664)“İlhamlandırmaq” dan f.is.
|
İLHAMLANDIRMAQ (ID - 18665)f. İlham vermək, ilham oyatmaq, şövqləndirmək, ruhlandırmaq.
|
İLHAMLANMA (ID - 18666)“İlhamlanmaq” dan f.is.
|
İLHAMLANMAQ (ID - 18667)f. İlhama gəlmək, vəcdə gəlmək, ruhlanmaq. Gözəl mənzərə şairi ilhamlandırır.
|
İLHAMLI (ID - 18668)sif. Coşqun, ehtiraslı, ilhamla dolu. Ilhamlı şair. - S.Vurğunun dərin ilhamlı lirikası, xalq ruhunun əzəmətini ifadə edən tarixi dramları, .. epik poemaları mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. M.Hüseyn.
|
İLHAMVERİCİ (ID - 18669)sif. İlham verən, ruhlandıran, şövqləndirən. Ilhamverici surət. Ilhamverici gözəllik.
|
İLXI (ID - 18670)is. At sürüsü. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Nəbi.. yal-yamacı bürüyən sürülərə, naxırlara, ilxılara .. tamaşa edirdi. S.Rəhimov.
|
İLXIBAŞI (ID - 18671)b a x ilxıçı.
|
İLXIBAŞILIQ (ID - 18672)bax ilxıçılıq.
|
İLXIÇI (ID - 18673)is. İlxı çobanı.
|
İLXIÇILIQ (ID - 18674)is. İlxıçının işi, peşəsi. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. “Koroğlu”.
|
İLIQ (ID - 18675)sif. 1. Azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim. Ilıq su. - Bayırda ilıq bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn. Ilıq günəş lopa-lopa buludların arasından üzünü göstərib, havanı qızdırmağa, yeri qurutmağa...
|
İLIQLANMA (ID - 18676)“İlıqlanmaq” dan f.is.
|
İLIQLANMAQ (ID - 18677)bax ilıqlaşmaq.
|
İLIQLAŞMA (ID - 18678)“İlıqlaşmaq” dan f.is.
|
İLIQLAŞMAQ (ID - 18679)f. Azca qızmaq, ilıq olmaq, istilənmək, soyuqluğu getmək. Dənizin suyu ilıqlaşıbdır. - Hava necə isti idisə də, su tamam ilıqlaşmışdı. M.Hüseyn.
|
İLIQLATMA (ID - 18680)“İlıqlatmaq” dan f.is.
|
İLIQLATMAQ (ID - 18681)f Azca qızdırmaq, istilətmək, ilıq hala gətirmək.
|
İLIQLIQ (ID - 18682)is. İlıq şeyin halı; hərarətcə mülayimlik, azca istilik. Yağış mövsümü hələ başlamamışdı. Istilər çəkilmişdi, lakin havada xoş bir ilıqlıq var idi. Çəmənzəminli.
|
İLIQTƏHƏR (ID - 18683)sif Azacıq isti, ilıq halda olan.
|
İLINMA (ID - 18684)“İlınmaq” dan f.is.
|
İLINMAQ (ID - 18685)f. dan. 1. İlıqlaşmaq, azacıq qızmaq. İlıq bişmək (yumurta).
|
İLITMA (ID - 18686)“İlıtmaq” dan f.is.
|
İLITMAQ (ID - 18687)f. dan. Azacıq qızdırmaq, ilıq eləmək. Maya suyu ilıtdı, dolçanı doldurdu. S.Rəhimov.
|
İLİK (ID - 18688)is. 1. İnsanın, həmçinin onurğalı heyvanların sümüyü içərisində olan yağaoxşar yumşaq maddə. [Rizvanın] iliklərində buz kimi bir uçunma gəzməyə başladı. S.Rəhimov.
məc. Təşbehlərdə: ağ, zərif, lətif. ..Leylək də... |
İLİKLİ (ID - 18689)sif İçində ilik olan. Ilikli sümük.
|
İLİKSİZ (ID - 18690)sif İçində ilik olmayan. Iliksiz sümük.
|
Bu səhifə dəfə baxılıb