İLGƏKis. 1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. Fabrikdə işləyən qızlar hər düyməni, hər ilgəyi diqqətlə tikir, paltarın möhkəm olmasına çalışırlar. “Az. qad.”.
Rəsmi paltarın yaxasında rəngli sırma. [Zəhranın] əynində boz şineli, şinelin yaxasında, yaşıl rəngli ilgəklərin üstündə qoşa kubiklər vardı. Ə.Vəliyev. Bax ilmə. 1-ci mənada [Səltənət] xalçanı açıb diqqətlə hər şəklinə, hər naxışına, hər ilgəyinə bir də baxdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|