İLIQsif. 1. Azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim. Ilıq su. - Bayırda ilıq bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn. Ilıq günəş lopa-lopa buludların arasından üzünü göstərib, havanı qızdırmağa, yeri qurutmağa başlamışdı. Ə.Əbülhəsən. Günəşin ilk ilıq şüaları sularda oynaşırdı. S.Vəliyev.
Tamam bişməmiş, bərk bişməmiş, yarımmaye halında bişmiş. Ilıq yumurta. məc. şair. Hərarətli, oxşayıcı, nəvazişli, mehriban, xoş. Bu kəlmələrdə xalqın ilıq nəfəsi vardır; Qalib yeni dünyanın ölməyən səsi vardır. R.Rza. Bu zərbələrdən duyduğu ağrılar da .. [Buğaca] anasının ilıq ipək busələri kimi dadlı gələrdi. M.Rzaquluzadə. [Bəyim xalanın] ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|