İLİKis. 1. İnsanın, həmçinin onurğalı heyvanların sümüyü içərisində olan yağaoxşar yumşaq maddə. [Rizvanın] iliklərində buz kimi bir uçunma gəzməyə başladı. S.Rəhimov.
məc. Təşbehlərdə: ağ, zərif, lətif. ..Leylək də arıq dəvə kimi diz çökdü, üzüyü Zərintac xanımın ağ ilik barmaqlarının birinə keçirdi. S.Rəhimov. Nazik əllərində ilik kimi ağ barmaqları görünürdü. Ə.Vəliyev. □□ Iliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək) - çox dərin təsir etmək, nüfuz etmək. Soyuq hava adamın iliyinə işləyirdi. M.Hüseyn. Şaxta [qadının] iliklərinə işləyir. Ə.Məmmədxanlı. Gah narın, iliklərə işləyən bir çiskin saatlarla davam edir. M.Rzaquluzadə. Iliyinə-sümüyünə qədər işləmək (keçmək) - b a x iliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək). Paylaşın - Hamı bilsin
|