İzahlı lüğət

İNİLTİ (ID - 18991)

is. İnləmə səsi, həzin, yanıqlı səs; zarıltı, sızıltı. Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. Qulaqlarımda Qonçanın iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn. Bu ağlayış...

İNİLTİLİ (ID - 18992)

sif. İnilti ilə dolu, şikayətli. Nəhayət, nənəsinin ardı-arası kəsilməyən iniltili çağırışı Cəmili yuxudan ayıltdı. S.Rəhimov.

İNİR-İNİR (ID - 18993)

inir-inir inləmək - inilti səsi çıxarmaq, inildəmək. ..Ağaclar inirinir inləyir, külək qarşısında ta kötüklərinə qədər əyilir, doğrulurdu. A.Şaiq.

İNİŞİL (ID - 18994)

zərf Keçən ildən qabaqkı il. Inişil Aşqabada getmişdim. Inişil yayı kənddə keçirmişdik. - [Qərənfil:] Inişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb. İ.Əfəndiyev. [Minayə:] Inişil biz...

İNİŞİLKİ (ID - 18995)

sif Keçən ildən qabaqkı il olan, inişil baş vermiş. Inişilki hadisə. - Xüsusən inişilki dağ köçü bütün təfərrüatı ilə [Laçının] xəyalında canlandı. M.Hüseyn.

İNJEKTOR (ID - 18996)

is. [fr.] Su vurmaq üçün şırnaqlı nasos.

İNJENER (ID - 18997)

[fr.] bax mühəndis.

İNJENERLİK (ID - 18998)

b a x mühəndislik.

İNKAR (ID - 18999)

is. [ər.] Tanımama, rədd etmə, qəbul və təsdiq etməmə, danma. Ikidir gərçi pəriçöhrələrin güftarı; Bir imiş bunların iqrarı ilə inkarı. Qövsi. □ İnkar etmək (eləmək, qılmaq) - bir şeyin varlığını, doğruluğunu və...

İNKAREDİCİ (ID - 19000)

sif İnkar edən, rədd edən, danan, qəbul və təsdiq etməyən. Inkaredici dəlillər. - “Molla Nəsrəddin” realizmi və satirası yenə də öz inkaredici, ifşaedici xüsusiyyətlərini saxlayır. M.İbrahimov.

İNKAREDİLMƏZ (ID - 19001)

sif İnkar edilə bilməyən, rədd edilə bilməyən, inandırıcı, şəksiz. Inkaredilməz həqiqət. Inkaredilməz fakt.

İNKAREDİLMƏZLİK (ID - 19002)

is. İnkar edilə bilməmə, inandırıcılıq, şəksizlik. Faktların inkaredilməzliyi.

İNKASSATOR (ID - 19003)

[ital.] Əsasən idarə, müəssisə xaricində kassalarda toplanmış pulu sənədlər üzrə qəbul etməklə və pul verməklə məşğul olan kassir. [Cinayətkarlar] həmin əmanət kassasından pul aparmağa gələn inkassatoru oğurlamışdılar....

İNKASSATORLUQ (ID - 19004)

is. İnkassatorun işi, vəzifəsi. Inkassatorluq etmək.

İNKİR-MİNKİR (ID - 19005)

is. [ər.] Dini etiqadlara görə, qəbirdə ölünü sorğu-sual edən iki mələk. Çox zaman qurduğum cələdəki quşlar yerinə gözlərimə anamın dəhşətli təsvir etdiyi, əllərində odlu kösövlər olan inkirminkir görünürdü. M.İbrahimov....

İNKİSAR (ID - 19006)

is. [ər.] 1. Qırılma, sınma. // fiz. köhn. İşıq şüalarının şəffaf bir şeyin içindən keçərkən sınması, istiqamətini dəyişməsi.
2. məc. Qəlbi qırılma, ürəyi sınma, incimə, xatirinə dəymə.
□□ İnkisari-xatir...

İNKİŞAF (ID - 19007)

is. [ər.] İrəliyə doğru tərəqqi etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş.
Ölkənin inkişafı. Sənayenin inkişafı. Kənd təsərrüfatının inkişafı. - Həsən bəy Zərdabi Azərbaycanı feodal geriliyindən qurtarıb yeni...

İNKİŞAFSIZ (ID - 19008)

sif. Olduğu kimi qalan, artmayan, irəliləməyən, kamilləşməyən, inkişaf etməyən. İnkişafsız (z.) qalmaq.

İNKUBASİYA (ID - 19009)

[lat.] 1. tib. Xəstəliyin yoluxucu andan birinci əlamətlərinin görünməsinə qədər çəkən gizli dövrü.
2. k.t. İnkubatorda süni cücə çıxarılması.

İNKUBATOR (ID - 19010)

is. [lat.] Yumurtadan süni surətdə (külli miqdarda və ilin istənilən fəslində) cücə çıxarmaq üçün cihaz. - İnkubator elə bir cihazdır ki, bu cihaz içərisində yumurta rüşeyminin inkişafı üçün lazım olan bütün şərait vardır....

İNKVİZİSİYA (ID - 19011)

[lat.] tar. 1. Düşmənləri ilə ən vəhşi və amansız üsullarla mübarizə etmək üçün katolik kilsəsinin XIII əsrin əvvəlində təşkil etdiyi məhkəmə-polis təşkilatı. Orta əsrin bir çox məşhur alimləri inkvizisiya tonqallarında...

İNKVİZİTOR (ID - 19012)

[lat.] 1. tar. İnkvizisiya məhkəməsinin üzvü (b a x inkvizisiya 1-ci mənada).
2. məc. Zalım, cəllad.

İNKVİZİTORLUQ (ID - 19013)

is. Zalımlıq, cəlladlıq, amansızlıq, zülmkarlıq.

İNQA, İNQA-İNQA (ID - 19014)

təql. Körpə uşaqların ağlamaq səsi. İnqa-inqa deyib sevinir çağa; Bir ana qəlbində gülür kainat. S.Vurğun. Çağanın ilk inqasından Gülsənəm ağrı və qorxunu unudaraq, nazlı bir təbəssümlə üzünü o tərəfə çevirib gizlətdi....

İNQİLAB (ID - 19015)

is. [ər.] 1. Zorakı ictimai çevriliş; dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi. 1905-ci il inqilabı. Burjua inqilabları. İnqilab illəri.
Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların...

İNQİLABBAZ (ID - 19016)

İNQİLABBAZLIQ (ID - 19017)

is. kin. İnqilabbazın işi, hərəkəti.

İNQİLABÇI (ID - 19018)

1. is. İnqilab hərəkatı iştirakçısı, inqilab xadimi. İnqilabi ideyalar daşıyan, inqilabi ruhda olan. Arazla bir gündə həbsxanadan 80-ə yaxın inqilabçı fəhlə azad edilmişdi. A.Şaiq. Altı aydan artıq idi ki, Puan Qay Kanton inqilabçı...

İNQİLABÇILIQ (ID - 19019)

is. İnqilabi ruhda olma, inqilabi hərəkatda iştirak etmə; inqilabçının fəaliyyəti, işi, peşəsi. Fəhlə sinfinin inqilabçılığı.

İNQİLABİ (ID - 19020)

sif. 1. İnqilaba aid olan, inqilab mahiyyəti daşıyan, inqilab ruhlu. Inqilabi bayram. Inqilabi himn. Inqilabi mahnılar.
“Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. M.İbrahimov. Texnoloji institutda çoxdan...

İNQİLABİLƏŞDİRİCİ (ID - 19021)

sif. İnqilab mahiyyəti, inqilab ruhu verən, inqilabiləşdirən. Fəhlə hərəkatının inqilabiləşdirici qüvvəsi.

İNQİLABİLƏŞDİRİLMƏ (ID - 19022)

“İnqilabiləşdirilmək” dən f.is.

İNQİLABİLƏŞDİRİLMƏK (ID - 19023)

məch. İnqilabi ruhda dəyişdirilmək, inqilabi mahiyyət verilmək.

İNQİLABİLƏŞDİRMƏ (ID - 19024)

“İnqilabiləşdirmək” dən f.is.

İNQİLABİLƏŞDİRMƏK (ID - 19025)

f. İnqilabi ruhda hazırlamaq, inqilabi hərəkata çevirmək, inqilabi xarakter vermək, inqilabi ideyaları yaymaq, inqilabi ruhda tərbiyələndirmək.

İNQİLABİLƏŞMƏ (ID - 19026)

“İnqilabiləşmək” dən f.vs.

İNQİLABİLƏŞMƏK (ID - 19027)

f. İnqilabi ideyaları
dərindən dərk etmək, mənimsəmək.

İNQİRAZ (ID - 19028)

is. [ər.] Sonu kəsilmə, bitmə, sönmə, məhv olma. □ İnqiraz etmək - sonu kəsilmək, bitmək, məhv olmaq. İnqirazialəm klas. - qiyamət. [Əhməd:] ..Heç fikir eyləmə, kişi, Allah qoysa, ona tövbələmə verdirəcəyəm ki, inqirazi-aləmə...

İNQREDİYENT (ID - 19029)

is. [lat.] Mürəkkəb birləşmənin və ya qarışığın tərkib hissəsi.

İNQUŞ (ID - 19030)

is. Çeçenlərə yaxın olan Şimali Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. Inquş dili. Inquş mahnıları.

İNQUŞCA (ID - 19031)

zərfi və sif. İnquş dilində. Inquşca öyrənmək. Inquşca danışmaq.

İNLƏMƏ (ID - 19032)

“İnləmək” dən f.is.

İNLƏMƏK (ID - 19033)

bax inildəmək. [Ərən:] Günəş çıxandan batana qədər ağır işdən inləyən qullar Mariqerini sevinclə qarşıladılar. Çəmənzəminli. Inlədikcə azalmır; Dərdlərimiz daha da; Ürəkdə göz-göz olur. Vahabzadə. Ilk eşqim yuxutək...

İNLƏTMƏ (ID - 19034)

“İnlətmək” dən f.is.

İNLƏTMƏK (ID - 19035)

bax inildətmək. [İnci:] ..Köksümün içində çarpan ürəkdir; Məni də inlədən tək bir diləkdir. A.Şaiq. [Elxan:] Bu səs bir xatirat mizrabı kimi qəlbimin bütün tellərini inlətdi. C.Cabbarlı. Vermişlər səssəsə xanəndə və tar;...

İNLƏYİŞ (ID - 19036)

is. İnilti, inləmə. Inləyirsən, o inləyiş nə üçündür, qafilsən; Bilmədinmi hansı sinfin mədfənidir o məskən? M.S.Ordubadi.

İNNAB (ID - 19037)

is. [ər.] 1. Açıq-sarı çiçəkləri olan, quraqlığa davamlı ağac və bu ağacın qırmızı qabıqlı, bərk çəyirdəkli xırda, şirin meyvəsi. Klassik şeirdə qırmızılıq mənasında tərkiblərdə işlənir; məs.: şərbəti-innab...

İNNABI1 (ID - 19038)

sif. İnnab rəngində, qırmızı. Innabı parça. - Simi-zənəxdandı, mirvaridəndan; Innabı ləbləri can dərmanıdı. Aşıq Ələsgər. [Buğacın] ayağında gen innabı şalvar .. var idi. M.Rzaquluzadə.

İNNABI2 (ID - 19039)

is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı.

İNNABLIQ (ID - 19040)

is. İnnab ağacları əkilmiş yer. Bağ başdan-başa innablıqdır.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed